"Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə"

"Ümidli Gələcək" Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə layihəsi" çərçivəsində 25 Avqust 2016-cı il tarixində Quba rayonunda, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzində təlim həyata keçirtmişdir. Təlimdə dövlət və QHT nümayəndələri, bələdiyyə, o cümlədən rayon və kəndlərdə fəaliyyət göstərən dövlət strukturlarının nümayəndələri ( İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın, Rayon Polis İdarəsinin, Təhsil şöbəsinin, rayon üzrə məktəblərin müəllimləri, həkimlər və s. ) iştirak etmişdilər. Təlim zamanı erkən nikahın qurbanı olmuş uşaq və gənclərlə sosial, psixoloji və hüquqi yardım işinin təşkilinə və həmçinin mövuya dair ümumi məlumatlar verilmişdir.
Quba rayonunda layihə çərçivəsində növbəti görüşlərin
 ucqar kənd və qəsəbələrdə fəaliyyət göstərən məktəblərin şagirdləri ilə keçirilməsi planlaşdırılır.

https://www.facebook.com/ReliableFutureNGO/photos/?tab=album&album_id=1102866039781157

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!