İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təşəbbüsü ilə hər il ənənəvi olaraq, 20 oktyabr - 20 noyabr Uşaq Hüquqları Konvensiyasının Günü ilə əlaqədar Azərbaycanda "Uşaq Hüquqları" aylığı elan edilir. Bununla əlaqədar olaraq, "Azercell Telecom" MMC-nin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Ümidli Gələcək Gənclər İctimai Birliyinin xidmət mərkəzi olan "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi ilə əməkdaşlıqda maarifləndirmə kampaniyası çərçivəsində növbəti təlimini 7 noyabr 2016-cı il tarixində Bakıxanov qəsəbəsi 96 nömrəli tam orta məktəbdə keçirmişdir. Tədbirdə Uşaq Qaynar Xətt xidmətinin fəaliyyəti və eləcə də "Zərərli vərdişlər", "Erkən Nigahın qarşısının alınması", "Məişət zorakiliğı və onun fəsadları" mövzularına dair təqdimat və uşaqlarla birgə mövzular ətrafında müzakirələrin aparılmışdır. Tədbirin sonunda "Azərbaycan Uşaq Qaynar Xətt " xidmətinə məxsus məlumat xarakterli buklet, stikerlər iştirakçılara paylanılmış və şagirdləri maraqlandıran suallara cavab verilmişdir. Tədbirin keçirilməsinə icazə ve dəstək verdiyi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ve Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə təşəkkürümüzü bildiririk.