Hər il olduğu kimi, 2016-2017 ci ilin tədrisi ili üzrə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti Bakı və Gəncə şəhərlərində maarifləndirmə tədbirlərini davam etdirir.
2 dekabr 2016 - cı il tarixində Bakı şəhəri, Yasamal rayonu 173 nömrəli məktəbin rəhbərliyi tərəfindən təşkil edilmiş "Narkomaniya və QİÇS-ə qarşı mübarizə" adlı tədbirinə "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti qoşulmuşdur. Tədbirdə məktəbin 10 və 11 - ci sinif şagirdləri tərəfindən narkotik vaistələrin ziyanından, QİÇS və bu kimi xəstəliklərin yoluxma yolları və onlarla mübarizə üsullarından bəhs edən təqdimatlar, sosial çarxlar digər şagirdlərə, valideynlərə və qonaqlara nümayiş etdirilmişdir. Tədbirin sonunda "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin əməkdaşları uşaqlara zərərli vərdişlərdən qurtulma, psixoloji asılılıqdan kənarlaşdırılmaları və digər problemləri ilə bölüşmələri üçün Qaynar Xəttə zəng etmələri və öz problemlərini çəkinmədən bizə danışmaları haqda məlumat verilmişdir.