Şura məişət zorakılığına qarşı mübarizə kampaniyalarını dəstəkləyir

Şura məişət zorakılığına qarşı mübarizə kampaniyalarını dəstəkləyir

qhtxeber.az//  “Ümidli Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizə kampaniyalarının, maarifləndirmə işlərinin aparılması və zorakılığa məruz qalan insanlara sosial-psixoloji və hüquqi xidmətlərin göstərilməsi” layihəsini uğurla davam etdirir.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihənin reallaşdırılmasında əsas məqsəd regionlarda məişət zorakılığının qurbanı olmuş uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etməkdir. Ailələrin problemlərinin həlli istiqamətində yerli rayon strukturları və dövlət qurumları ilə sıx əməkdaşlıq qurmaqla məişət zorakılığının profilatikası, zorakılıq hallarının qarşısının alınması xüsusları da layihənin məqsədləri arasında yer tutur.
 
Layihə çərçivəsində  Zərdab və Agdam rayonlarında aillərlə görüşlər keçirilib, onların problemlərinin həlli üzrə müvafiq müraciətlər hazırlanıb. 
Qeyd edək ki, layihənin icrasında Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, AQUPDK nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin Agdam və Zərdab Regional şöbələrinin əməkdaşları, habelə Zərdab və Agdam rayon İcra Hakimiyyətinin rəhbərlyi dəstək və köməklik göstərib.
 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!