29.05.2018-ci il tarixində Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin Mobil Əlavəsi ilə bağlı növbəti maarifləndirmə tədbiri Sabunçu rayonunda yerləşən 74 saylı tam orta məktəbin 6, 7, 8, 9-cu sinifdə təhsil alan şagirdlərinin iştirakı ilə keçirilmişdir. Uşaqlara Qaynar Xətt, onun iş prinsipləri, müraciət etmə vasitələri haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda Qaynar Xəttin yeni xidmət vasitəsi olan İOS və Android sistemləri üçün nəzərdə tutulan Mobil Əlavənin təqdimatı keçirilmişdir.
Mobil Əlavə uşaq və gənclərə özlərinin psixi və emosional sağlamlığı (təşviş, depressiya, şəxsiyyətlər arası münasibətlər və konflikt) haqqında ətraflı informasiya əldə etməyə kömək edəcəkdir. Ehtiyac olduğu hallarda Mobil Əlavə vasitəsi ilə uşaq və gənclər birbaşa Qaynar Xəttin operatorları ilə əlaqə yarada və yaxud online çat sistemi ilə mesajlaşaraq problemlərini bölüşə biləcəklər (həm facebook, həm də zəng vasitəsi ilə əlaqənin yaratmaq mümkündür). Əgər istifadəçilərin uşaq və gənclərdən ibarət olduğunu nəzərə alsaq, bu o deməkdir ki, Mobil əlavənin işinin uğurlu olması üçün qarşı tərəfdən gələn təklif və iradların qiymətləndirilməsi Tədbiqin daha da təkminləşdirilməsinə birbaşa xidmət edəcəkdir.
Tədbirin sonunda iştirakçılara həm Qaynar Xəttin, həm də Mobil Əlavənin buklet ve digər çap materialları paylanmışdır.