Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərcell şirkətinin dəstəyi ilə Ümidli Gələcək GİB-nin xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinin 2018-2019-cu tədris illəri üçün nəzərdə tutulmuş orta məktəblərdə Qaynar Xətt haqqında maarifləndirmə tədbirləri davam edir. Qaynar Xəttin əməkdaşları fevral ayı çərçivəsində Bakı şəhəri Nəsimi rayonunda yerləşən 44 nömrəli məktəbdə təhsil alan şagirdlərlə görüşərək, onlara Xəttin iş prinsipləri, müraciət vasitələri, qaynar xəttdə psixoloji, sosial və hüquqi yardımın meyarları haqqında ətraflı məlumat vermişdir. Sonda şagirdlərə Qaynar Xəttin maarifləndirici materialları təqdim edilmişdir.