Previous Next

"Karantin dövründə imtahanlara hazırlıq və gənclərin psixoloji cəhətdən düzgün yanaşması" mövzusunda Psixoloji Webinar keçirilmişdir

10 İyun 2020-ci tarixində Azercell Telecom, USAİD, UNİCEF-in dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Uşaq Qaynar Xətt xidməti, Suraxanı Gənclər Evi və Buzovna Hazırlıq Mərkəzinin birgə təşkilatçılığı ilə imtahana hazırlaşan, imtahan öncəsi stress yaşayan yeniyetmələr üçün "Karantin dövründə imtahanlara hazırlıq və gənclərin psixoloji cəhətdən düzgün yanaşması" mövzusunda Psixoloji Webinar keçirilmişdir. Webinarda pandemiyanın yeniyetmələrə psixoloji təsirindən, imtahan qabağı, imtahan anı və sonrası yarana biləcək stressin aradan qaldırılması yolları haqqında instagram üzərindən canlı yayımda müzakirələr aparılmış və canlı yayımda iştirak edənlərin sualları psixoloqlar tərəfindən cavablandırılmışdır.


Azərbaycan Uşaq Qaynar Xətti adından Suraxanı Gənclər Evi və Buzovna Hazırlıq Mərkəzinə bu hazırki dönəmdə vacib və faydalı hesab edilən təşəbbüs, təşkilatçıllıq üçün minnətdarlığımızı bildirir və gələcəkdə qarşılıqlı əməkdaşlıqda davamlı digər mövzularda canlı efirlər keçirməyi diləyirik.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!