COVİD-19 pandemiyasının dünyada və ölkəmizdə sürətlə yayılması bildiyimiz kimi həm böyüklərin, həm də kiçiklərin vaxtlarının çox hissəsini evdə keçirmələrinə səbəb olmuşdur. Bu hal isə Karantin dövrünü öz evlərində qapalı şəraitdə keçirməli olan ailələrdə texnologiyadan həddindən çox istifadəni qaçılmaz etmişdir (komputer qarşısında keçirilən saatlar, mobil telefonda oynanılan saysız oyunlar və s. siyahını daha da uzatmaq mümkündür). Elə bu səbəbdən də həyatımızın ayrılmaz bir hissəsi olan texnolağiyanın bizə bəxş etdiyi mobil telefondan, xüsusən uşaqların mobil telefonlardan asılılığından bəhs etməyə çalışacağıq.
Müasir dövrdə yaşadığmız üçün, bu dövrdə ən geniş yayılmış texnoloji vasitələrdən biri də Mobil Telefondur. Təbii olaraq uşaqlarmız da mobil telefondan ən az valideynləri qədər istifadə edirlər. Əksər mütəxəsislərə görə müasir dövrdə uşaqlar oyunları virtual və telefonlara yükləyərək oynamağı üstün tuturlar. Mobil oyunlar azyaşlı uşaqlarda aşağıdakı problemlemlərə gətirib çıxarır:
Ø Ünsiyyət problemi-mobil telefonda oyun oynayarkən uşaqlar real həyatdan kənarlaşır, sosiallaşması zəifləyir və s.
Ø Özünə qapanma- hər hansı bir oyunda əldə etdiyi nəticəni bir uğur olaraq görür və ətrafdakılara lovğalanmağa başlayır ki, gözlədiyi reaksiyanı görmədikdə özünə qapanır.
Ø Aqressiya- hər hansı bir oyunda növbəti mərhələyə keçə bilmədikdə əsəbləşib və ətrafındakılara aqressiv reaksiya verir.
Ø Məktəbdə dərslərini zəif oxumasına- dərslərinə etinasız yanaşmasına mobil telefondan çox istifadəsinə səbəb olur.
Ø Mobil telefondan asılılıq- vaxtının əksər hissəsini mobil telefondan keçirdiyindən bir müddət sonra asılılığa çevrilir.
Ø Psixoloji problemlər- İntihara (mavi balina, momo və s. oyunlar), öz-özünə zərər yetirmə, ailə daxili münaqişə və s. problemlərə yol açır.
Ø Səhhətində problemlər- uzun müddət mobil telefondan istifadə üçün bir müddət sonra diqqət dağınıqlığı, görmə zəifliyi, baş ağrısı, nevroloji və s. problemlərə gətirir çıxarır.
Övladlarınızı mobil telefondan asılılıq yaranmasın deyə tam olmasa da, mümkün qədər uzaqlaşdırmaq və ya istifadə qaydalarına dair valideyn nəzarəti tövsiyyə olunur. Əgər uşaq ata və ya anasının vaxtlarının çox hissəsini mobil telefonda keçirdiklərini müşahidə edirsə, təbii olaraq o da bu hərəkəti təkrarlamağa başlayacaqdır. Bunun üçün böyüklər nümunə olmalıdır, uşaqlara mümkün qədər çox vaxt ayırmaq, onların asudə vaxtlarını daha səmərəli keçirməsinə çalışmaq lazımdır.
Əyləncəli vaxt keçirmək məqsədilə aşağıdakıları tövsiyyə edə bilərik:
v İntellektual oyunlar- uşaqların əqli inkişafına köməklik göstərir.
v Fiziki (qumla, boyama, evcik, oyuncaqlarla və s.) oyunlar- uşaqların enerjisinin düzgün inkişafına yönəldir.
v Valideynlərlə ünsiyyət- uşaqlarımızın bir fərd kimi inkişafına köməklik göstərir.
v Valideynlərlə gəzinti (piknik)- bu tipli gəzintilər övladlarınıda ünsiyyətinin inkişafına və sizinlə dostlaşmasına köməklik göstərəcəkdir.
Texnologiyanı və onun bir hissəsi olan mobil telefonları, mobil oyunları həyatımızdan tamamilə çıxara bilmərik. Lakin bacardığımız qədər onları uşaqlarımızdan uzaq tuta, vaxtlarını daha düzgün, səmərəli keçirmələrinə dəstək ola bilərik.
Onlara sevginizi göstərməkdən çəkinməyin!