"Post Pandemiya dövründə Gənclərin Savadlılıq Proqramı " layihəsi çərçivəsində keçirilən vebinarlarda gənclər fəal işitrak etmişdir. Hər vebinara təqribi 50-60 nəfər yeniyetmə və gənc qoşulmuşdur.
Seçilən mövzuların aktuallığı sayəsində gəncləri maraqlandıran suallara onlarla birgə cavab tapılmış, müzakirələr aparılmış və onların Post pandemiya eləcə də, müharibə sonrası psixoloji biliklərinin artırılmasına, vaxtlarının səmərəli keçirilməsinə nail olunmuşdur.
Qoşulan yeniyetmə və gənclərin onları narahat edən, maraqlandıran sualları ünvanlamaları, hər vebinar sonrası öz fikirlərini bölüşmələri, minnətdarlıq etmələri keçirilən layihənin uğurlu olmasını deməyə əsas verir.