Previous Next

Uşağın tərbiyəsi ailədən başlayır ❗

 

“Uşaq anadan olduğu gündən onun tərbiyəsi başlayır və məktəbdə, cəmiyyətdə davam edir”
Lakin bir çox valideynlər bunun fərqinə varmır, uşağı necə gəldi, ya özləri bildikləri kimi tərbiyə edirlər. Məlumdur ki, hər bir ailə öz daxili qaydaları ilə yaşayır və elə bu səbəbdən də məktəbdə müxtəlif xarakterli uşaqlara rast gəlirik.??
⚜️Valideynlər var ki, ümumiyyətlə, tərbiyənin nə olduğunu, uşağa necə verildiyini bilmirlər. Uşaq gün ərzində tərbiyəvi məna kəsb edən sözləri valideynlərindən eşidir, səhvi olduqda ata-ana tərəfindən danlanır, cəzalar alır. Belə hallarda valideynlər özlərini vəzifələrini yerinə yetirmiş sayırlar. Bəs, görəsən, valideynin gün ərzində davranışı tərbiyə baxımından uşağı qane edirmi??❓

⚜️Uşaq əksər hallarda tərbiyəni sözdən yox, hərəkətlərdən götürür. Evin kişisi, ata evdə valideynlərinə, həyat yoldaşına qarşı hörmətsizlik edirsə, həmin evdən məktəbə gələn uşaq məktəbdə müəllimlərinə, özündən kiçik uşaqları hörmətsiz yanaşır. Bəzi ailələrdə uşaq yalnız atadan qorxur, ana da onu hər hansı xoşagəlməz hərəkətinə görə məhz atası ilə hədələnir.?‍???‍♂️

⚜️Uşağın valideynlərindən qorxması da normal hal deyil. Bunun fəsadları zaman keçdikcə üzə çıxır. Belə uşaqlar yalan danışmağa meyilli olurlar. Evdə ata-ananın ona qarşı etdiyi hökmranlığı o da digər, gücü çatdığı uşaqlara qarşı edir. Özündən zəif uşaqları incitməkdən həzz alır.✋?

⚜️Valideynlər çalışmalıdırlar ki, verdikləri tərbiyə ilə uşağın məktəbdən aldığı tərbiyə üst-üstə düşsün. Bunun üçün valideyn-məktəb əlaqəsi möhkəm olmalıdır. Valideynlər övladlarının məktəbdəki davranışı, dostluq etdiyi uşaqlar haqqında məlumatlı olmalıdırlar. Çətin anlarda məktəbin psixoloquna müraciət etməli, onun köməyindən faydalanmalıdırlar.??‍??

⚜️Uşaqların düzgün tərbiyələnməsində valideynlərlə yanaşı hər bir məktəb psixoloqu da əlindən gələni etməlidir. Televiziyada uşaqların düzgün tərbiyələnməsi ilə bağlı psixoloji verilişlər nümayiş etdirilməlidir. ?Hər bir valideyn başa düşməlidir ki, onun böyütdüyü uşaq sabahın vətəndaşıdır və buna görə özündə ciddi məsuliyyət hiss etməlidir. Valideyn hansı xarakterə, imkana sahib olmasına baxmayaraq övladının tərbiyəsini düzgün qurmalıdır.?‍?‍?‍?

‼️Bir daha qeyd edək ki, uşaqların tərbiyəsi işi kiçik yaşlarından başlayır. Tərbiyələndirmə baxımından azyaşlı uşaqlarla davranışın bəzi vacib aspektlərini valideynlərə tövsiyə edirik:
?Çalışın ki, uşaqlarınızı problemlərinizin olmadığı rahat bir şəraitdə dinləyəsiniz;???
?Onlarla daha çox vaxt keçirməyə  və ünsiyyətdə olmağa çalışın. Adətən,valideynlərlə ünsiyyətdə olmayan uşaqlar bu boşluğu televizor, internet vasitəsi ilə doldururlar. Bu zaman valideynlərlə qarşılıqlı mübadilə kəsilməklə bərabər həm də uşağın nitqi inkişafdan geri qalır.??
?Uşaqlarınız öyrəndiyi hər hansı bir şeyi sizinlə bölüşərkən “bilirəm”, “bir də deməyinə ehtiyac yoxdur” ifadələrini işlətməyin. Uşağa “sus” demək əvəzinə “danış” deyin.??
?Uşaqlarınızla uşaq olun. Birlikdə cizgi filmi seyr edin, oyunlar oynayın??
?Hər hansı problemi uşağınızın yerinə həll etməyin. Onların üzərinə kiçik problemlər “atın”. Bu zaman onlarda özünəinam, müstəqil hərəkət etmək kimi qabiliyyətlər formalaşacaq??
?Uşaqlarınızın səhv hərəkətlərinə, mənəvi və fiziki şiddətlərinə mənfi reaksiya ilə cavab verməyin. Onları təhqir etməyin, “səhvsən” demək əvəzinə, “ səni anlayıram” deməlisiniz?✔️
?Onları tənqid etməyin. Belə davam etdikdə hər hansı problem və sıxıntısını sizinlə bölüşməyəcək?⛔️
?Uşaqlarınızın qəlbini qırmayın, əgər bilmədən belə bir şey etsəniz, bunu tez düzəltməyə çalışın??
?Uşaqlarınızla söhbət edərkən daha səmimi olun.??
? Uşağı əsəbiləşdirmək olmaz.? Əgər uşağınız əsəbiləşibsə, ona tək qalmaq üçün bir az vaxt verin və s.⏰⏳
?Uşaqlarınızı fiziki cəhətdən passiv böyütməyin. Onları hər hansı bir sadə işə alışdırın. Uşağa sərbəstlik, müstəqillik verin. Uşaq nə qədər müstəqil olsa, bir o qədər sözəbaxan olar.??
?Ata-ana olaraq çalışın ki, uşaqlarınızı məhz özünüz saxlayasınız. ?‍?‍?‍?Əks təqdirdə onlar istədiyi tərbiyəni almır və sizə alışmır, fikirlərini sizinlə bölüşmürlər. Körpə uşaqlarınıza özündən böyüklərlə ağıllı davranmalarını öyrədin. ??
?Uşaqlarınızı döyməyin?. Onların yaxşı işlərini tərifləyib həvəsləndirin.⛳️?
?Və sonda, uşaqlarınızı öz dünyanızla yox, ?onların dünyası ilə qiymətləndirməyi bacarın. Unutmayın, uşağın ilk dövrlərdə ən çox təsirləndiyi, ən ideal saydığı öz valideynləridir.???

?Unutmayın ki, uşaqlarınıza düzgün münasibət bəslədiyiniz təqdirdə bunun qarşılığını müsbət mənada alacaqsınız.????

#uşaq
#ailə
#tərbiyə
#düzgüntərbiyə
#övladlarımızınqayğısınaqalaq
#yenigün
#uşaqqaynarxətti
#uşaqhüquqları
#zorakılıq
#uşaqlarapsixolojiyardım
#socialworkforchildren
#childhelplineinternational
#AZERCELL
#UNICEFAzerbaijan
#UNICEF

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!