Previous Next

DOST Agentliyi ilə əməkdaşlıqda qurumda fəaliyyət göstərən şəxslər üçün zoom platformasında online təlimlər keçirilmişdir.

Ümidli Gələcək Sosial Təşəbbüslər İB Unicef Azerbaijan ofisinin dəstəyilə icra etdiyi “Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin tanıtımı” proqramı çərçivəsində DOST Agentliyi ilə əməkdaşlıqda qurumda fəaliyyət göstərən şəxslər üçün zoom platformasında online təlimlər keçirilmişdir. Təilimdə Agentliyin 200-dən çox əməkdaşı iştirak etmişdir.
Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin məqsədi, fəaliyyəti, iş prinsipləri, daxil olan zənglərlə bağlı görülən təcili və təxirəsalınmaz fəaliyyətin icrası texnikaları, müvafiq yardımın göstərilməsi, yönləndirmə orqanları, təhsil müəssisələri, xəstəxanalar və xüsusilə uşaqlarla işləyən yerli qurumların birgə fəaliyyətinin əhəmiyyətini vurğulamaq idi. Gedişatda iştirakçılar Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin fəaliyyəti, iş prinsipləri ilə tanış edilmiş, müraciətlər anonim saxlanılaraq onlar əsasında müzakirələr aparılmışdır.
Təlimdə həm də “Zorakılığa məruz qalan uşaqlarla sosial-psixoloji reabilitasiya” və “Uşaqlara qarşı yönəlmiş zorakılığın təyini və cinsi zorakılıq” mövzularında təqdimatlara yer verilmişdir. Bununla da uşaqlara qarşı zorakılığın hər bir növünə bir daha diqqət çəkmək, zorakılıq faktlarının aşkarlanması, erkən müdaxilə və preventiv tədbirlərin vacibliyindən bəhs edilmişdir.
 
 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!