Previous Next

“Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin 56 № tam orta məktəbdə keçirtdiyi maarifləndirmə tədbiri

“Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin xidmət mərkəzi olan “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti maarifləndirmə tədbirlərini davam etdirir.

Növbəti silsilə tədbir 02.02.2022-ci il tarixində Bakı şəhər Baş Polis İdarəsi ilə əməkdaşlıqda 56 nömrəli tam orta məktəbdə baş tutmuşdur.
Maarifləndirmə tədbiri zamanı “Uşaqlara qarşı zorakılığın qarşısının alınması və belə halların aradan qaldırılması” və “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s. haqqında məlumat verilmişdir. Əlavə olaraq hazırlanmış təqdimat və çap materialı tələbə və tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!