Previous Next

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi bu dəfə Azərbaycan Universiteti ilə əməkdaşlığa başlayır...

Daima uşaq hüquqlarını qorumağa çalışan və bu sahədə təcrübə toplamaq istəyən fəal tələbələrlə görüşlər keçirən Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi bu dəfə Azərbaycan Universiteti ilə əməkdaşlığa başlayır.

Əməkdaşlıq çərçivəsində Universitet nümayəndəsi və tələbələrlə görüş keçirilmişdir. Görüş zamanı tələbə istehsalat təcrübəsinin aparılması və gedişatı barədə müzakirələr edilmiş və İctimai Birliyin sosial xidmət mərkəzləri olan Azərbaycan Uşaq Qaynar Xətt xidməti, Uşaq Hüquqları Klinikası və Uşaq və Gənclər üçün Sosial Reabilitasiya barədə ətraflı məlumatlar verilmişdir.

Bugün 16 Fevral tarixindən etibarən 4 ay müddətində qeyd edilən mərkəzlərdə tələbələrin təcrübə proqramında iştirakı təmin olunacaqdır. Bu müddət ərzində 15 tələbə bir sıra təlim və tədbirlərdə iştirak edərək mərkəzlərin fəaliyyəti ilə yaxından tanış olmaq fürsəti əldə edəcəklər.

Ümid edirik ki Azərbaycan Universitetinin Sosial İş ixtisasında təhsil alan tələbələr uşaqların rifahı üçün çalışaraq istehsalat təcrübəsindən maksimum faydalanacaqlar.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!