Previous Next

Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələrlə fərdi terapiyalarla yanaşı qrup işi keçirilmişdir

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələrlə fərdi terapiyalarla yanaşı qrup işi və xüsusi maarifləndirici tədbirlərin keçirilməsi davam edir.

25.02.2022-ci il tarixində də mərkəzdə qeydiyyatda olan uşaqlarla birgə əyləncəli bir gün keçirdik. Belə ki, ilk öncə onlarla qrupa uyğunlaşma, yeni dostlarla ilkin ünsiyyətin qurulmasına dair oyun təşkil olundu. Sonra isə uşaqlar arasında “Meyvələrlə yerdəyişmə” və “Art terapiya” istiqamətində rənglərlə duyğularımızın ifadə edilməsi haqqında maraqlı qrup işi keçirildi. Bu həm onların özlərini daha yaxşı ifadə etmələri üçün çox faydalı olmaqla yanaşı həmçinin mənfi emosiyaların müsbətlə əvəzlənməsinə şərait yaratdı. Yetkinlik yaşına çatmayanların eyni komanda üzvü olması onların sosiallaşmasına, bir-birinə dəstək olmasına, qrup birliyi və həmrəyliyinin yaranmasına səbəb oldu.

Bu cür tədbirlərin davamlı olmasına çalışacağıq!
Hər bir uşağın üzündə daim təbəssüm görmək diləyilə!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!