Previous Next

Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində 14.05.2022-ci il tarixində "Beynəlxalq Ailə günü " münasibətilə "Uşaq - valideyn münasibətlərinin təcəssümüdür" adlı tədbir baş tutdu.

 

Hörmətli izləyicilər, bildiyiniz kimi Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzində qeydiyyatda olan və reabilitasiyaya cəlb edilən uşaq və yeniyetmələrlə fərdi terapiyalarla yanaşı qrup işi və xüsusi maarifləndirici tədbirlərin keçirilməsi davam edir.

14.05.2022-ci il tarixində də "Beynəlxalq Ailə günü " münasibətilə "Uşaq - valideyn münasibətlərinin təcəssümüdür" adlı tədbir baş tutdu. Tədbirdə ilk olaraq mərkəzin rəhbəri valideyn və uşaqlarla "Ailə dəyərləri" haqqında öz təcrübələrindən çıxış edərək maarifləndirici söhbət apardı. Tədbirin növbəti hissəsində onlarla "Ünsiyyət toru" adlı oyun keçirilərək ünsiyyətin insan həyatında əhəmiyyətli dərəcədə rol oynaması, həmçinin oyunun gedişatı zamanı qarşılıqlı ünsiyyət və anlaşmanın onlar arasında yaratdığı ünsiyyət torvari şəbəkəsinin görüntüsü ilə də əyani tanış oldular. Daha sonra isə Mərkəzin psixoloq və sosial işçiləri "Mən kiməm?" metodikasından istifadə edərək valideyn və uşaqlar arasında empatiya hissinin ön plana çəkilməsi, onun önəmliliyi və bu hissin onlar arasında gücləndirilməsinə şərait yaratmış oldu. Son olaraq isə uşaqlar və valideynlər tədbirdə fəal iştirak etdiklərinə görə Mərkəz tərəfindən sertifikatla təltif olundular və birgə çay süfrəsi ətrafında həmin günün onlarda yaratdığı təsüratları bölüşdük.
Valideyn və uşaqların bir-birilərinə səmimi və xoş etiraflarını etməsi fonunda tədbirimizi yekunlaşdırdıq.

Bu cür tədbirlərin davamlı olmasına çalışacağıq❗
Hər bir uşağın üzündə daim təbəssüm görmək diləyilə ☺️...

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!