Previous Next

76 nömrəli tam orta məktəblə əməkdaşlıqda məktəbin 7-ci sinif şagirdləri ilə qrup işi təşkil edilmişdir

Hörmətli izləyicilər, bildiyiniz kimi Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt xidməti illik fəaliyyət planına uyğun olaraq, müraciətlərin qəbulu ilə yanaşı uşaqlar arasında maarifləndirmə işlərini də davam edir. Maarifləndirmə işinin bir istiqaməti olaraq, valideyn-məktəb-uşaq əlaqələrinin gücləndirilməsi məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsi (@bakuedugovaz)və 76 nömrəli tam orta məktəblə əməkdaşlıqda məktəbin 7-ci sinif şagirdləri ilə görüş keçirilmiş və qrup işi təşkil edilmişdir. Qrup işində mərkəzin psixoloq və sosial işçiləri ilə yanaşı sinif rəhbəri və məktəbin psixoloqları da iştirak etmişdir.


03.06.2022-ci il tarixində məktəbdə keçirilən qrup işində şagirdlərlə qrupa uyğunlaşma və ünsiyyətin həyatımızda baş verən bir çox problemlərin həllində açar rolu oynaması məqsədilə "Ünsiyyət toru" adlı oyun keçirilmiş, oyunun gedişatı zamanı isə qarşılıqlı ünsiyyət və anlaşma, onun əhəmiyyətliliyi vurğulanmış, həmçinin insanlar arasında yaratdığı torvari şəbəkənin görüntüsü ilə də əyani tanış olmuşlar. Qrup işi zamanı həmçinin ünsiyyətdə “Mən Dili” və “Sən Dili” anlayışlarının da önəmliliyi göz önünə çıxarılaraq, onlarla bağlı müxtəlif misallar üzərində müzakirələr aparılmışdır. Başlanğıc olaraq, bu mövzu üzərindən qrup işinin keçirilməsi onların özlərini daha yaxşı ifadə etmələri və insanlarla sağlam ünsiyyətin qurulmasında çox faydalı olmaqla yanaşı həmçinin mənfi emosiyaların müsbətlə əvəzlənməsinə, empatiya hissinin formalaşmasına səbəb oldu. Həmçinin yetkinlik yaşına çatmayanların eyni komanda üzvü olması onların sosiallaşmasına, bir-birinə dəstək olmasına, qrup birliyi və həmrəyliyinin yaranmasına şərait yaratmış oldu.

Bu cür tədbirlərin davamlı olmasına çalışacağıq❗
Hər bir uşağın üzündə daim təbəssüm görmək diləyilə ❗

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!