5 AVQUST tarixində uşaqlar üçün Mərkəzi Nəbatat Bağında tədbir təşkil olundu!
Ümidli Gələcək STİB sosial xidməti olan Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi, mərkəzdə qeydiyyatda olan yeniyetmələr üçün yay aylarında tətil günlərini nəzərə alaraq uşaqlarla asudə vaxtın təşkili məqsədi ilə Nəbatat Bağında "Ekskursiya və Piknik" təşkil etmişdir.
Böyük bir megapolisin içində yaradılmış və 1934-cü ildən qorunularaq saxlanılan bu kiçik meşəciyin tərkibində hal-hazıradək 130-a yaxın nadir bitki qorunur. Ekskursiya zamanı uşaqlar müxtəlif bitkilərlə, Nəbatat bağının fərqli tərəfləri ilə tanış oldular. Daha sonra təbiətin qoynunda uşaqlarla birgə müxtəlif növ oyunlar oynayaraq, imtahandan sonra yaranmış stress və gərginliyi ataraq, maraqlı gün keçirildi.
Oyunların sonunda uşaqlar bağın daxilində birgə nahar edərək günlə bağlı xoş əhval-ruhiyyələrini bölüşmüş, piknikin bu qədər aktiv və əyləncəli təşkil olunmasında əməyi keçən Ümidli Gələcək STİB rəhbərliyinə və əməkdaşlarına təşəkkürlərini bildirmişdirlər!