Previous Next

Masazır kəndində yaşayan ailəyə səfər təşkil edilmişdir

Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə 30.07.2022-ci il tarixində Abşeron rayonu, Masazır kəndində yaşayan azyaşlının ögey atası ilə münasibəti haqqında anonim müraciət daxil olmuşdur. Müraciətçi bildirmişdir ki, azyaşlının anası birinci həyat yoldaşı ilə ayrıldıqdan sonra həmin şəxslə qeyri-rəsmi nikahda yaşayır. Bundan sonra həmin şəxs qadına və övladına qarşı dəfələrlə fiziki və psixoloji zorakılıq tətbiq edir.
Məsələnin araşdırılması məqsədilə 10.08.2022-ci il tarixində mərkəzin sosial işçiləri, psixoloqu və Abşeron RPİ-nin YYÇ üzrə baş inspektoru ilə birlikdə ailəyə səfər təşkil edilmiş və ailə üzvləri ilə ilkin tanışlıq keçirilmişdir. Səfər zamanı ögey ata evdə olmadığı üçün ana və uşaqla ünsiyyət qurulmuş, aralarında olan ümumi münasibət haqqında ətraflı müzakirələr aparılmışdır. Ailə ilə söhbət zamanı ögey atanın nevrotik pozuntusu olması səbəbilə münasibətlərində konflikt yaşandığını, həmçinin azyaşlıya qarşı fiziki və psixoloji zorakılıq tətbiq etdiyi məlum olmuşdur. Ana tərəfindən həmin şəxsə evi tərk etməsi və bir daha övladına yaxınlaşmaması dəfələrlə bildirilsə də, atalıq onun dediklərini qəbul etmir və bu mövzu əsasında aparılan müzakirələrdən sonra qadına və uşağa qarşı təkrar şiddət göstərmişdir. Yaranmış bu gərgin vəziyyətin aradan qaldırılması məqsədilə, uşağın təhlükəsizliyini qorumaq, həmçinin onun sağlam mühitdə inkişaf etməsini təmin etmək üçün azyaşlı və ailəsi ilə bağlı tərəfimizdən Abşeron rayon İcra Hakimiyyətinə rəsmi məktub yönləndirilmiş və azyaşlı sosial-psixoloji reabilitasiya işinə cəlb edilmişdir.

Bu məsələdə əməkdaşlıq edərək, birgə fəaliyyətdə öz dəstəyini əsirgəməyən Abşeron RPİ, bununla yanaşı uşaq polis əməkdaşına öz təşəkkürümüzü bildiririk!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!