01 sentyabr 2022-ci il tarixindən etibarən Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə birgə əməkdaşlıqda “İnsan Alverinin Qurbanı Olan, İnsan Alverindən Əziyyət Çəkən və ya Zərər Çəkməsi Ehtimal Olunan Yetkinlik Yaşına Çatmayanların Təhsili, Sosial-Psixoloji Reabilitasiya Proqramı və Ailələrin Maarifləndirilməsi” layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində Təhsil Nazirliyi və Bakı Baş Polis İdarəsi ilə əməkdaşlıqda 2022-2023-cü tədris illəri üzrə tam orta məktəblərdə, peşə məktəblərində uşaq və gənclərlə geniş maarifləndirmə kampaniyaları keçirilməklə, onların mövzu barədə eləcə də, ölkədə Uşaq Qaynar Xətt xidməti və digər müvafiq qaynar xəttləri haqqında, zorakılıqla üzləşdiyi halda müraciət edə biləcəkləri sosial xidmət-yardım mərkəzləri barədə məlumatlılığı təmin olunur.
Keçirilən növbəti silsilə tədbir 11.10.2022-ci il tarixində Nardaran qəsəbəsi 130 nömrəli məktəbdə baş tutmuşdur.
Tədbirdə məktəb direktoru, məktəb psixoloqu, müəllim və şagirdlər iştirak etmişdir.
Tədbir zamanı yetkinlik yaşına çatmayanlara dəstək xidməti göstərən “Azərbaycan Uşaq Qaynar Xətti” haqqında (xidmətin yaranma tarixi, məqsədi, fəaliyyət istiqamətləri, mütəxəssis heyəti, əməkdaşların əsas vəzifələri, əsas iş prinsipləri, müraciətlərlə bağlı göstərilən xidmətlər və s.) məlumat verilmiş, həmçinin, “Uşaq Hüquqlarının Müdafiəsi”, “Zərərli vərdişlərin mənfi təsirləri”, “Uşaqlara qarşı edilən zorakılıqla mübarizə”, "İnsan Alverilə mübarizə" mövzularında müzakirələr aparılmışdır.
Əlavə olaraq hazırlanmış təqdimat, çap materialları tədbir iştirakçılarının diqqətinə çatdırılmış, son olaraq isə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.