Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Genderə həssas məktəblərin təşviqi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında “Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfransda Ümidli Gələcək STİB-in nümayəndəsi iştirak etdi.
Regional İnkişaf İctimai Birliyinə (RİİB) beynəlxalq konfransa dəvət üçün dərin təşəkkürümüzü bildirir, fəaliyyətlərində daim uğurlar arzu edirik.