Siz bizə nə üçün inanmalısınız
Uşaq qaynar xəttinə edilən zənglər məxfidirmi və mənim anonimliyim qorunurmu?
Bizim ən vacib məqsədlərimizdən biri Qaynar Xəttə edilən zənglərin məxfi saxlanılmasıdır, lakin əgər biz sizin situasiyanın nə dərəcədə riskli olmasını biliriksə və sizin və yaxud tanıdığınız hər hansı birisinin həyatı üçün təhlükə yarandığını fikirləşirsinizsə, biz sizi dinləyərək digər lazımi şəxsləri də məlumatlandıracağıq. Qaynar Xəttin işçiləri həyatınız üçün təhlükə yarandığı zaman Sizə adınızı gizli saxlamaqla kömək edə bilərlər. Bura zəng edərkən Siz özünüz haqqında informasiyaları və ya adınızı anonim saxlaya bilərsiniz, bu daha yaxşıdır. əlbəttə, bu, bizim Sizə kömək etmək məqsədilə həyata keçirəcəyimiz tədbirlərə maneələr törədəcək. Qaynar Xəttə edilən zənglərin audio yazısı qeydə alınmayacaq. Qaynar Xəttin məsləhətçiləri Sizin zəngləri qəbul edərək onları dinləyir və Sizi əmin etmək istəyirlər ki, onlar Sizə yardım edə bilərlər.
Mənim zəng etdiyim telefonun nömrəsi sizin telefonun yaddaşında qalacaqmı?
Uşaq Qaynar Xətti uşaqlar üçün yaradılmış yardım xidmətidir ki, bura daxil olan zənglər pulsuzdur və nömrələr telefonun yaddaşında qalmır. Uşaq Qaynar Xəttinin şəhərdaxili nömrəsi 480-22-80 və ya 050 680 22 80 Azercell mobil operatorunun nömrəsidir. Biz digər mobil operatorlarla da danışıqlar aparırıq ki, onlardan edilən zənglər pulsuz olsun və nömrə yaddaşda qalmasın. Nömrə sizin yaddaş səhifənizdə və mobil telefonun yaddaşında qala bilər. Əgər siz digər insanların bu nömrəni görməsini istəmirsinizsə, nömrəni öz telefonunuzdan silə bilərsiniz.