Tarixçəmiz

 

  1. Azərbaycan BMT-nin Uşaq Hüquqları Müqaviləsinə 1992-ci ildə qoşulub və beləliklə, uşaqlarına sağ qalmaya, müdafiəyə, iştiraka və inkişafa olan hüquqlarına zəmanət verib.
  2. 1998-ci ildə Azərbaycan uşaqları ölkənin ən qiymətli sərvəti elan edən Uşaqlar üçün Milli fəaliyyət Planını qəbul etdi.
  3. Uşaqlar əhalinin təxminən 30%-ini təşkil edir
  4. Təxminən 260.000 uşaq qaçqın və məcburi köçkündir
  5. Təxminən 4.500 uşaq hər il polislə münasibətdə olur
  6. 15.000-dən çox uşaq  internatlarda  və   uşaq evlərindədir
  7. Azərbaycanda yoxsulluq həddində olanlar rəsmən 12%-dən çoxdur və bu, uşaq rifahına və inkişafa təsir göstərir
  8. Mart 2006: Azərbaycan QHT Alyansı Niderlandın paytaxtı Amstedamda yerləşən və 100-dən çox inam telefonunu özündə birləşdirən Beynəlxalq Uşaq Qaynar Xəttinin üzvü oldu
  9. İyun 2006: Azərbaycan QHT Alyansı ATƏT, UNICEF, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), AQUPDK, Beynəlxalq Uşaq Qaynar Xətti ilə  əməkdaşlıqda Uşaqlar üçün Milli Uşaq Qaynar Xətti Xidmətinin təşkili üzrə Konfrans təşkil etdi
  10. Oktyabr 2006: Azərbaycan QHT Alyansı İsveçdə İsveç kraliçasının himayəsi altında keçirilən Uşaq İnam Telefonlarının Avropa Regional Konfransında iştirak edib.
  11. Dekabr 2007: Azərbaycan QHT Alyansı Rumınyada keçirilmiş Uşaq Qaynar Xətlərinin Avropa Regional Konfransında iştirak etdi ki, burada da Azərbaycanda inam telefonunun təşkili məsələləri müzakirə edildi
  12. Dekabr 2007: Azərbaycan QHT Alyansı və Ümidli Gələcək Gənclər Təşkilatı Beynəlxalq Uşaq Qaynar Xəttinin tam hüquqlu üzvü oldu
  13. Noyabr 2008: Azərbaycan QHT Alyansı İordaniyada İordaniyanın Əlahəzrət Kraliçasının hamiliyi altında keçirilən Beynəlxalq Uşaq Qaynar Xətlərinin Konfransında iştirak etdi

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!