Previous Next

1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) - 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb [1]. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

Azərbaycanda uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb və görülməkdədir. Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr  həyata keçirilməkdədir. Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsinə məsul əsas mərkəzi icra hakimiyyəti orqanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Komitə Azərbaycan Respublikası Prezidentinin 6 Fevral 2006-cı il  tarixli Fərmanı ilə yaradılmışdır və ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və onun tənzimlənməsini həyata keçirən dövlət orqanıdır. Komitə mövcud yerli, beynəlxalq qanunvericilik və normativ aktlara uyğun olaraq Azərbaycan Respublikasında uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyır.

Dövlət qurumları ilə yanaşı Respublikamızda Qeyri-Hökümət təşkilatları da uşaq siyasətinin inkişaf etdirilməsi, uşaqlara qayğının artırılması istiqamətində atılan addımlara daima dəstək olurlar. Bu sferada fəaliyyət göstərən QHT-lərdən biri də 1998-ci ildən fəaliyyətə başlayan Ümidli Gələcək Gənclər İctimai Birliyidir.

İctimai Birliyinin tərkib hissəsi olan Zorakılıq və Cinayət qurbanı olmuş Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi, Uşaq Hüquqları Klinikası və Azərbaycan Uşaq Qaynar Xətt xidməti uşaqlara birbaşa və təxirəsalınmaz xidmətlərin göstərilməsini, problemlərin hərtərəfli həll edilməsini, yalnız uşaqların deyil, həmçinin onlarla valideynlərin münasibətlərin tənzimlənməsini, uşaqların cəmiyyətə inteqrasiya edilməsini və digər bu tipli həlledici addımların atılmasını əsas tutaraq fəaliyyət göstərir.

Əziz Uşaqlar siz gülsəniz, bütün dünya güləcək. Sizlər bizim gələcəyimizsiniz biz hər bir halda sizə xidmət etməyə, yardım göstərməyə hazırıq.

Sağlam bir gələcək qurmaq üçün də ilk növbədə sağlam ruha ve düşüncəyə malik uşaqlar yetirməliyik. Bu vəzifə isə biz valideynlərin, hər bir cəmiyyət üzvünün üzərinə düşür.

Gəlin bu çətin və keşməkeşli yolda uşaqlarımız, onların gələcəyi üçün birgə addımlayaq.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!