Rənglər insanın əhval-ruhiyyəsini müəyyənləşdirir, insan ömrünü daha da parlaq edir və həmçinin insanın düşüncə və davranışlarına təsir edir. Biz rəngləri fərqləndirərək, bizi əhatə edən ətraf aləm haqqında məlumatları daha tez qəbul edə və lazımi məsələlərin öhdəsindən asanlıqla gələ bilirik.
İnsanın ətraf mühitdə özünə müsbət əhval-ruhiyyə yarada bilməsi məhz onun öz əlindədir. İnsanların ətraf mühitində olan rənglər onların düşüncə və fikirlərinə təsir göstərir. Çünki ətraf mühitdə olan rənglər insanlara gözlə görünə bilməyən müəyyən enerjini ötürə bilmək xüsusiyyətinə malikdir. Geyindiyimiz geyimlər vasitəsilə orqanizmimizi rənglərin əmələ gətirdiyi enerji toru bürüyür. Geyindiyimiz geyimlərdə istifadə etdiyimiz rənglər bizim psixologiya və şəxsiyyətimiz haqqında məlumat verir. Buna görə də hər bir insan geyinəcəyi geyimin rəngini seçdiyi zaman öz psixologiyasına uyğun olan rənglərə üstünlük verməlidir. Əks halda orqanizmin nə fiziki nə də psixoloji vəziyyətini tarazılaşdırmaq mümkün olmaz. Çünki, geyindiyimiz geyimlərin rəngləri həm fiziki həm də psixoloji olaraq orqanizmi tarazlaşdırır və müsbət enerji ilə təmin edir.
Hər bir rəngin özünəməxsus xüsusiyyətləri və təsir etmə qabiliyyəti vardır. Bu səbəbdən də insanların sevdiyi rənglər onların xarakterini nümayiş etdirə bilmək xüsusiyyətinə malikdir.
Qırmızı rəng - enerji verir və insanı hərəkət etməyə hazırlaşdırır.
Narıncı rəng - qırmızı qədər olmasa da, həyəcan və enerji ötürməyi bacarır. Əgər narıncı rəngi sevirsinizsə, cəsur və komedik şəxsiyyətə sahibsiniz. Bu rəngi sevənlər gülüb güldürməyi çox sevirlər. Narıncı rəng dialoq və mütaliyə bacarıqlarını artırır.
Sarı rəng - intelektual şəxsiyyətə sahib insanların rəngidir. Bu rəngin insanları idarə və hökm etmək bacarığına malikdirlər. Sarı rəng insanın zehnini açır və yaddaşı gücləndirir. Günəşin rəngi olduğu üçün insana müsbət enerji ötürmək xüsusiyyətinə malikdir.
Yaşıl rəng - insan psixologiyasını sakitləşdirmək, rahatlaşdırmaq və normallaşdırmaq xüsusiyyətinə malikdir. Yaşıl rəng tarazılaşdırmaq və uyğunlaşdırmaq simvoludur. Geyimdə yaşıl rəngdən çox istifadə etmək vətənə və mentalitetə bağlılığı göstərir. Həmçinin bu rəngi sevənlər təbiəti və sakitliyi çox sevirlər. Yaşıl rəngə marağı olanların ürəyi sağlam hissiyatı isə çox güclü olur.
Mavi rəng - ətrafınızdakı insanların sizə maraq və sevgisini artırır. Bu rəngi sevənlərin səmimi daxili dünyası vardır. Çox saf qəlbli və açıq danışmağı sevən insanlardırlar.
Tünd göy rəngi - təmizkar insanların rəngidir. Bu rəngi sevənlər mehribanlıq və sülhü çox sevirlər.
Bənövşəyi - özünə əmin və azadlıq sevən insanların rəngidir. Bu rəngi əsasən yaradıcı insanlar çox sevirlər, çünki bu rəng incəsənətin rəngidir.
Qara rəng - təbiətdə mövcud olmayan rəngdir. Ölüm və kədər simvoludur. Bu rəng işığı sevmir. Bu rəngi sevən insanlar əsasən həyatlarında problemi olan və nəyisə gizlətməyə çalışanlardır.
Ağ rəng - təmizlik, saflıq və günahsızlıq rəngidir. Bu rəngi sevənlər neytral insanlardır.
Qəhvəyi rəng - torpaq rəngidir. Bu rəngi sevən insanlar özlərinə inanmırlar, amma sərbəstliyi çox sevirlər.
Rənglər universal bir dildir. Hisləri, mədəniyyətləri hərəkətə gətirir və həyatın fonunu formalaşdırır. Qidalar orqanizmi bəslədiyi kimi rənglər də ruhumuzu bəsləyir. Hansı rənglərin favoritiniz olduğunu müəyyənləşdirin. Bir rəngin duyğusunu almaq üçün hökmən bütün divarları o rəngə boyamağa ehtiyac yoxdur. Parçalar, lampalar, çiçəklər kimi detalları bu rənglərdə seçə, onları gözünüzün önündə bir yerlərə yerləşdirə bilərsiniz. Unutmayın kiçik detallar belə məkanın aurasını dəyişməyə qadirdir.