Dil öyrənmək hər birimizin arzusudur, amma biz buna vaxt tapa bilmirdik. İndi isə xarici dil öyrənmək üçün əsil fürsətdir.
Uşaqlar ağ kağız kimidirlər. Onlara nə desəniz, nə öyrətsəniz, onların beyninə həkk olunacaqdır.
Ekspertlərin fikrincə, uşaqlar rahatlıqla 4 dil öyrənə bilərlər. Uşaq yaşlarından xarici dil bilməyin, bir çox üstün cəhətləri var. Uşaqlar xarici dil öyrənməklə, digər ölkələrin mədəniyyətinə də erkən yaşlarından bələd olurlar. Qloballaşan dünyaya elə uşaq yaşlarından uyğunlaşmağa başlayırlar ?. Xarici dil azyaşlıların yaradıcılıq , sərbəst fikir bildirmə, araşdırma və liderlik qabiliyyətlərini inkişaf etdirir. Təbii olaraq çoxunuz düşünürsünüz ki, xarici dil öyrənmək çətindir, sözlər yadda qalmır, əzbərləmək olmur, tez unudulur və.s. Biz bu bəhanələrdən sizi qurtarmaq üçün xarici dil öyrənməyin bir neçə üsulunu nəzərinizə çatdırmaq istərdik.
1. Hər gün 10 dənə söz öyrənmək.
Siz hər gün övladınıza xarici dildə 10 söz öyrənməsini məsləhət görsəniz, 3-4 aya mindən çox söz mənimsəmiş olacaq, həm də ki, öyrənmə üçün daha da həvəsli olacaqdır. Bu müddətdə artıq öyrəndiyi xarici dildə müəyyən qədər anlaya və danışa biləcəkdir.
2. Qo-Da metodu.
Bu metodun mənası, qorxma danış deməkdir.
Övladlarınızı xaricdə yaşayan insanlarla ünsiyyət etməsi üçün motivasiya edib, onlarda olan utancaqlıq və birdən danışa bilmərəm qorxusunu basdırmasında yardım etsəniz, balacalarda xarici dil öyrənmə yolunda nəzərəçarpan dəyişiklikləri özünüz müşahidə edəcəksiniz.
3. Ən sadə metodlardan biri evdə danışmaq.
Əgər xarici dildə bilirsinizsə tez-tez uşaqlarla xarici dildə danışın. Onlara müraciət edən zaman, hansısa əşyanı və yaxud hansısa işi görməsini istəyirsinizsə həmin şeyin adını xarici dildə deyin.
4. Cizgi film metodu.
Balacaların xarici dili öyrənməsinin ən gözəl və sadə üsulu xarici dildə cizgi filmi izləməsidir. Çalışın cizgi filmi seçərkən xarici dildə olan və tərbiyyəvi hərəkətlər aşılayan cizgi filmlərinə üstünlük verəsiniz.
Övladlarınıza xarici dil öyrətməyin heç şübhəsiz ki, onların gələcəyinə də çox böyük təsiri olacaqdır. Gələcəkdə xarici ölkələrdə təhsil almaq potensialı üçün indidən addım atmış, xarici mənbələrdən də araşdırmalar aparmaqla daha dərin biliyə malik olmaq və gələcək karyeraları üçün çox böyük bir təməl qoymuş olacaqlar.
"Ümidli Gələcək" STİB-nin Sosial işçisi Fərid Dünyamalıyev
Məlumatları paylaşan zaman mənbə bildirməyiniz xahiş olunur