Previous Next

Qeyri etik davranış və ya Pis Vərdiş...

 

Reallıqda heç bir pis vərdişi olmayan bir yetkin və ya uşaq tapmaq çox çətindir. Məsələn, bəzi analar və atalar təəssüf ki, nikotinə, alkoqola, həddindən artıq şirin və ya yağlı qidaya meyl edirlər. Yeniyetmə və kiçik yaşlı uşaqlarda isə barmaq əmmə, burun ifrazına toxunma, qeyri-etik səslər çıxarmaq, saçlarını barmaqlarına dolamaq və ya oyuncaqlardan dırnağadək hər bir şeyi ağzına almaq, çeynəmək kimi arzuolunmaz vərdişlərə yiyələnirlər. Yetkinlər bu cür davranışın heç olmasa səhv olduğunu dərk etsələr və davranışlarını düzəltməyə çalışsalar da, uşaqlar hələ bu və ya digər hərəkətlərinin yalnış və xoşagəlməz hal olduğunu çox zaman başa düşmürlər.

✅Uşaqlardakı pis vərdişlər nələrdir? 

"Pis vərdişlər" anlayışı olduqca mübahisəli hesab edilə bilər, çünki hər ailənin öz qaydaları var. Bəziləri uşağı saatlarla kompüterdə oturursa, onu təhqir edir, digərləri isə uşağı cizgi filmlərindən yayındırmaq üçün sərt şəkildə televizoru söndürür. Bəzi valideynlər qazlı içki və zərərli qidalara qarşı çıxırlar, digərləri bu qədər sağlam olmayan məhsulları özləri alırlar. Ancaq valideynlərin hər birinin uşaqlarında görmək istəmədiyi arzuolunmaz hərəkətlər qrupu var. Hansıki, bu hərəkətləri iki qrupa ayırmaq olar:

          *Birinci qrupa valideyn diqqəti, məhəbbət əksikliyi, həddən artıq sərt tərbiyə və qəddar cəzalar səbəbindən meydana gələn vərdişlər qrupu daxildir. Qeyd edək ki, çox erkən süddən kəsilmiş körpədə normal olmayan vərdişlər yarana bilər. Özünü sakitləşdirmək istəyən uşaq aşağıdakıları etməyə başlayır:

          •dırnaqlarını qoparmaq və ya çeynəmək (dodaqlarını, yanaqlarını);

          • barmaqları əmmək (yataq paltarları, öz paltarları);

          • göbəklə oynaması;

          • baş yelləmək;

          • saçları ilə oynamaq və ya qoparmaq;

          • bədənin intim hissələrini manipulyasiya etmək (uşaq masturbasiyası);

          • başını yastığa çırpmaq.

      *Vərdişlərin ikinci növü isə düzgün olmayan tərbiyənin nəticəsidir. Valideynlər lazımi mədəni və gigiyenik bacarıqları aşılamırlar və ya istənməyən davranış nümayiş etdirirlər. Bu baxımdan psixoloqlar aşağıdakı davranışları patoloji olmayan pis vərdişlər adlandırırlar:

   • burun ifrazına toxunmaq;

   • qeyri-etik səslər çıxarmaq;

• ədəbsiz nitq və s.

⚠️Uşaqlarda dərin köklü pis vərdişlər artıq psixoloq və ya nevroloqa müraciət etməyin vaxtı gəldiyinin bir göstəricisidir. Valideynlər nə qədər tez tədbir görsələr, arzuolunmaz davranışın ağrısız aradan qaldırılması ehtimalı daha yüksək olacaqdır. Gəlin razılaşaq ki, ibtidai məktəb yaşındakı bir uşağa nisbətən, kiçik yaşlı uşağı pis vərdişdən uzaqlaşdırmaq daha asandır.

✅Uşaqlarda pis vərdişlərin qarşısının alınması

"Pis" vərdişlərin baş verməsinin səbəblərini bilməklə, onların mənfi nəticələrinin qarşısını ala bilərsiniz. Ən sadə məsləhət körpənizə mümkün qədər çox diqqət və vaxt ayırmaqdır, daha tez-tez ona nəzakətlə toxunun- körpə valideyndən məhəbbət və incəlik hiss etməlidir. Azyaşlılarda arzuolunmaz davranışın qarşısını almaq üçün aşağıdakılara diqqət yetirilməlidir:

❗Körpənizi daha uzun müddət əmizdirməyə çalışın. Bu uşaqların təkcə immunitetinin güclü olması üçün deyil, rahatlıq və təhlükəsizlik hissinin ötürülməsi üçün də faydalıdır;

❗Əmzik tərgitmədə  diqqətli olun, çünki gələcəkdə barmaq, yorğan və ya paltar əmmək kimi pis vərdişlər yarana bilər;

❗Uşaqların gigiyenasına fikir verin, paltarların uşağın qasıq nahiyəsində bişməcələr, qaşınmalar yaratmadığına  əmin olun- bu masturbsiya vərdişinin yaranmasına səbəb ola bilər;

❗ Sərt olmaqdan çəkinin- həddindən artıq ciddilik həssas uşaqlarda stress və əsəb narahatlıqlarına səbəb ola bilər.

⚠️ Əvvəl kiçik görünən problemlər böyüyərək gələcəkdə  nevroloji problemlərin yaranmasına gətirib çıxara bilər. Halbuki, vaxtında düzgün yanaşma ilə psixoloji narahatlığın nevroloji həddə çatmasının qarşısını ala bilərsiniz.  Uşaqlarda pis vərdişlərin qarşısının alınması vaxtında və düzgün edilmiş müdaxilə ilə aradan qaldırılan problemdir . Odur ki, uşağa diqqət və qayğı ilə yanaşmaq və davranışındakı ən kiçik dəyişiklikləri izləmək bu yolda atılan addımlar üçün 

✅Pis vərdişləri aradan qaldırmağın yolları

Bu problem valideynlərdən səbir və ardıcıllıq tələb edir. Bununla yanaşı, yalnız vərdişin nəticələri ilə mübarizə aparmaq olmaz, onun səbəbini müəyyənləşdirmək və aradan qaldırmaq lazımdır. Məsələn, əgər bir körpə diqqətin olmaması səbəbindən baş barmağını sovurursa, onun çatışmazlığını ödəmək üçün elə də çox şey etməli deyilsiniz. Övladınızla nə qədər çox oyun oynasanız, gəzintiyə getsəniz və ya onunla söhbət etsəniz, onda pis bir vərdiş formalaşdırmağa daha az vaxt qalacaq.

   ❗ Dırnaqlarını yemək vərdişi – bəzi psixoloqların fikrincə, bu xüsusiyyət özünə hörmət hissinin aşağı olması, narahatlıq və əsəb gərginliyinin əsas əlamətlərindən biridir. Vəziyyətin gərginliyi o həddə çatır ki, dırnaqlarını yemək vərdişi səbəbindən  uşaq məktəbdə qınaq obyektinə çevrilir, bu hətta onda nitq problemlərindən tutmuş -qurd yumurtalarına yoluxma kimi problemlərə qədər gətirib çıxarır.

Stressin səbəbini özünüz müəyyən edə bilmirsinizsə, bir mütəxəssisə müraciət edin. Uşağa rəsm, pazl kimi  motor bacarıqları inkişaf etdirən, uşaqların barmaqlarını məşğul edəcək məşğələlər məsləhət görülə bilər. Yeniyetmələrə, xüsusən də qızlara, dırnaqlarına qulluq etmək, vaxtında kəsmək və təmiz saxlamağı öyrətmək olar. Qızınıza  xüsusi olaraq məktəbəqədər və yeniyetmələr üçün hazırlanmış manikür dəsti hədiyyə edə bilərsiniz.

   ❗ Barmaqları əmmək-bu pis vərdişi aradan qaldırmaq üçün göstərişlər əvvəlki problem üçün verilən tövsiyələrə çox oxşardır. Ancaq kiçik uşaqlar (ümumiyyətlə iki və ya üç yaşa qədər) barmaqlarını daha tez-tez əmirlər. Bundan əlavə, barmaqları (geyim və ya yataq dəsti) əmmək də bir növ yuxuya getmə vasitəsi ola bilər.

Körpə yatmadan əvvəl, sinir sistemini sakitləşdirməyə çalışın: yuxuya getmədən bir-iki saat əvvəl aktiv oyunlardan imtina edin, körpəni  rahat masaj edin, ona nağıllar oxuyun. Uşaqların əlinə vurmaq, barmaqların üstünə vurmaq lazım deyil - bu problemi yalnız daha da şiddətləndirəcəkdir.

  ❗ Burun ifrazına toxunmaq- bu davranış bütün yaş kateqoriyalarında ən çox görülən zərərli davranış stereotiplərindən biri hesab olunur. Gəlin qəbul edək ki,  burnunu qurdalaya uşağı ya da böyüyü izləmək heç xoş deyil. Ancaq hərəkətə keçməzdən əvvəl özünüzü müşahidə edin. Bəlkə uşaq bu vərdişi böyüklərdən birindən nümunə götürüb? 

Uşaqların stress, etibarsızlıq, narahatlıq, qorxu kimi hisslərdən pis vərdişələrə meylləndiklərini nəzərə alaraq, onların üstünə getmək, əllərinə döyməklə bu  gərginliyi daha da dərinləşdirə bilərsinz. Uşağın burnuna yaxınlaşdığını gördükdə, qollarını tutmağa çalışmayın, ona oyuncaq, bir top, çərəz verərək fikrini yayındıra bilərsiniz. Və yaxud burnuna üfürərək pis vərdişinin qarşısını əyləncəyə çevirərək ala bilərsiniz. 

     ❗ Uşaq mastürbasyonu-erkən yaşda bu xüsusiyyət həddindən artıq cinsəlliyin əlaməti hesab edilmir. Bu hal, çox vaxt yatmadan əvvəl özünü göstərir, buna görə uşaqla fiziki fəaliyyət və axşam müntəzəm gəzinti təşkil edilməlidir. Bu üsullar kömək etmirsə, sidik-ifrazat sisteminin iltihabi xəstəliklərinin olmadığından əmin olmaq üçün bir ginekoloqa və ya uroloqa baş çəkməlisiniz.

⚠️Övladınızın pis vərdişini aradan qaldırmaq və ona psixoloji travma verməmək istəyirsinizsə, heç bir halda fiziki güc tətbiq etməyin, qorxutmayın və mənfi davranışa yönəltməyin. Bu cür vərdişi ortaya çıxardan səbəbi tapmaq və körpəni əsəb gərginliyi, narahatlıq və stresdən azad etmək üçün maksimum sevgi, diqqət və qayğı göstərmək vacibdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!