Previous Next

3 Yaş Böhranı

"Ana, istəmirəm!", "Yox,bunu yemirəm!", "Özüm edə bilərəm!" bu kimi üsyankar cümlələr sizə tanış gəlir?  Balacanızın birdənbirə özünəinamı çox artdı elə deyil? 3 yaş uşaqlar üçün kritik bir dövr olduğundan davranışlarındakı bu dəyişikliklər olduqca normaldır.

İndisə gəlin, 3 yaş böhranının səbəblərinə diqqət yetirək:

Bu dövrdə uşağınızın özünü sübut etmək səyi artır. Hər mühitdə və hadisədə mövcud olmaq, özlərini vacib hiss etmək istəyir. Bundan əlavə, dostları ilə münasibətləri genişlənməyə başlayır. Uşaq özünə inamsızlıq hiss edirsə, yetərincə ünsiyyət qurmazsa və ya sevildiyini hiss etmirsə, üç yaş böhranına girə bilər.

3 yaş dövründə uşaqlar olduqca inadkar olurlar. Sizin dediyinizin əksini etməyə meylli olduğunu müşahidə edə bilərsiniz. Çünki özünü sizə və ətrafına sübut etməyə çalışır. Məsələn, bu dövrdə uşaqlar ancaq öz istədiyi yeməkləri yeməyi və istədiyi paltarları geyinməyi üstün tutur. Bütün işləri özləri təkbaşına etmək istəyirlər.

Bütün bunlar övladınızın müstəqil olmaq istəyindən xəbər verir. Çünki indi "mən" olma dövründədir. Özündən və ətrafındakı insanlardan xəbərdardır. Bacardığı işləri görmək, verdiyiniz tapşırıqları yerinə yetirməkdən zövq alır. Onların da öz maraq dairələri və zövqləri var. Ona qayğı göstərilmədiyini, yetərincə qiymətləndirilmədiyini və ya tələbatlarının yerinə yetirilmədiyini hiss edəndə isə ağlamağa başlaya bilərlər.

Uşaqlarda 3 yaşlı sindromunu sizin və həyat yoldaşınızın, yəni valideynlərin töhfəsi ilə daha rahat keçirmək  mümkündür. Bu müddət ərzində övladınız üçün nə etməli olduğunuza birlikdə nəzər yetirək:

Sevginizi ona daha çox göstərin. Çünki bu dövrdə ən çox ehtiyac duyduğu diqqət və sevgidir. Onu qucaqlayın, sevdiyinizi tez-tez söyləyin.

Uşağınıza kiçik tapşırıqlar verməyə çalışın. Məsələn, paltarları qruplaşdırmağa kömək etsin. Beləliklə, özünü daha vacib hiss edəcəkdir. Üç yaşlı uşaqlar üçün ailə mühiti çox vacibdir. Bir ailə olaraq nahar edin, birlikdə gəzintiyə çıxın.

Dostları ilə ünsiyyət qursun, enerjisindən qurtulsun. Birlikdə parka gedin, çölə çıxın və gəzin.

Göz əlaqəsi quraraq danışın. Sadə cümlələr qurun. Uşağınız sizi başa düşəndə və ünsiyyət səylərinizə cavab verəndə mütləq onlara təşəkkür edin. Bu onu sakitləşdirir və daha dəyərli hiss etdirir.

Övladınızın müsbət davranışını təqdir edin, qiymətləndirin ki,  sonradan həmin yaxşı davranışları təkrarlamaq üçün həvəsləri olsun.

Unutmayın ki, hər yaş dövrü bir keçid və inkişaf d

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!