Ø Biz gələcəkdə uşaqları: qayğıkeş, məsuliyyətli, müstəqil böyüklər, hisslərinin öhtəsindən gəlməyi bacaran şəxslər kimi görmək istəyirik.
Ø Uşağın pis davranışı həmişə valideynləri narahat edir və dərhal düzəliş tələb edir. Hər bir valideyn, uşağı doğru yola qaytarmaq üçün öz metodunu tapmağa çalışır.
Ø Zaman-zaman kiçik bir uşağın nələrəsə borclu olduğunu düşünürük. Uzun bir növbəni, ananın yorğunluğunu, atanın kobudluğunu başa düşməyini, qardaş və bacı ilə nəyi isə bölüşməyini və oyuncaqlar ilə dolu bir mağazada ağıllı davranmalarını gozləyirik. Bizə elə gəlir ki, uşağın əsəbləşməsi ən uyğun olmayan məqamda baş verir və biz buna heç hazır deyilik. Bəzən valideynlər hər şeydən razı və xoşbəxt bir uşağı geri qaytaracaq sehrli düyməyə sahib olmaq istəyirlər.
Ø Uşağın pis davranışına fərqli bir bucaqdan baxsaq və onun sadəcə bir uşaq olduğunu və bütün uşaqların sevgiyə ehtiyacı olduğunu başa düşsək, davranışı müsbətə doğru dəyişmək o qədərdə mümkünsüz olmayacaq.
✨ Ana, müəllimə və blogger Becky Mansfield, valideynlərin övladlarının pis davranışlarına cavab olaraq nə edə biləcəkləri mövzusunda belə demişdir:
"Sevgiyə ən çox ehtiyac duyan uşaqlar, özlərini ən pis aparanlardır."
Heç sizdə belə olubmu? Uşaqlar sizdən diqqət tələb edirlər, buna baxmayaraq özlərini nadinc aparırlar. Və siz öz-özünüzə düşünürsünüz: “Niyə yenidən?! Yenə də bu sonsuz qəzəblər, vızıltılar, şıltaqlıqlar ... "
Uşaqların, sadəcə uşaq olduğunu daim xatırlamaq bizim üçün çətindir. Onlar necə istəmələrini bilməsələr də, bizim vaxtımıza və diqqətimizə daim ehtiyac duyurlar.
Onların hələ kiçik yaşı var və biz onların böyüklər kimi, bizim kimi davranmalarını gözləyirik. Ancaq onlara hisslərini idarə etməyi öyrətmək bizim vəzifəmizdir.
Mənim dostum Hillary bunu valideynlik təcrübəsinə dair qeydlərində çox dəqiq təsvir etdi:
“Qızım 26 yaşında bir gənc kimi davranması gözlənilən 6 yaşında kiçik bir qızdır: nə vaxt danışacağını və nə vaxt susacağını, anasına, atasına, müəlliminə və hər bir yetkinə itaət edəcəyini biləcək. Eyni zamanda biz onun öz seçimlərini etməsini və öz qərarlarını verməsini istəyirik.
O gündə 6 saatını sakitcə masasında oturub müəllimini dinləməyə sərf edir. Oxuyaraq və məsələ həll edərək. O kimlə dost ola biləcəyini və yaxşı bir dost olmağın necə olduğunu anlamağa çalışır. O yaxşı olmağın, mehriban olmağın nə olduğunu anlamağa çalışır. O bu dünyanın qaydalarını anlamağa çalışır və bu zaman biz sevdiyi Barbisini kiçik bacısı ilə bölüşməsini istəyirik.
Bəzən bütün bunlar onların kiçik urəyi və kövrək bədəni üçün çox olur. Uşaq yığılmış gərginlikdən azad olmaq istəyir... lakin bunu necə və kiminlə etməli olduğunu bilmir?"
Əgər bu belədirsə, biz valideyn olaraq nə edə bilərik?
ü Uşaq psixoloqu Katie Malinsky-nin tövsiyələrini sevirəm:
· "Valideynlərə məsləhətləşmədə dediyim və çalışdığım ilk şeylərdən biri uşağın davranışının onunla bizim ünsiyyət forması olmasıdır və onun davranışını dəyişdirmək üçün biz uşağın hansı mesajı bizə çatdırmaq istədiyini anlamalıyıq.
Başqa sözlə desək, istənməyən davranışın altında daha dərin bir məna var, ona təkan verən və ya davam etdirən bir səbəb. Bu gizli motivlər- uşağın bəzi ödənilməmiş ehtiyaclarıdır. Və valideynlər bu ehtiyacların nə olduğunu aşkar etdikdə, uşağa əskik olanı vermək istəyirlər.
· Kənardan özlərini dəcəl, aqressiv şəkildə aparan uşaqlar, çox ehtimal ki özlərini sevilməyən, istənilməyən, dəyərsiz, bacarıqsız, köməksiz və ya yaralı hiss edirlər. Bu uşaqların ehtiyacları artan nəzarət deyil, xüsusi cəza deyil. Onların ehtiyacı anlayış, Qayğı və SEVGİDİR "
Onlara necə dəstək ola bilərik❓
· Valideynlər uşağın hisslərini başa düşdükdə və ona həssas yanaşdıqda, uşaqlar hisslərinin təhlükəli olmadığını, təbii olduğunu, və onların təsiri altında hərəkət etməyin təbii olduğunu öyrənirlər. Bir uşaq qırılan oyuncağa görə kədərini, anasının ona qarşı haqsız olduğuna görə hiss etdiyi ağrını, dərsdə düzgün cavab verə bilmədiyi üçün utancını və ya sinif yoldaşının onu təhdid etdiyi üçün qorxusunu dilə gətirməyi öyrənən kimi emosional yaraları sağalmağa başlayır.
· Əksinə, biz uşağın bütün duyğularını yaşaması üçün etibarlı bir şərait yaratmasaq, hirsini idarə edə bilməyəcək və özünü pis aparacaq, çünki içəridən onu bürüyən bu qəzəbin öhdəsindən gəlmək üçün başqa yolu yoxdur.
· Ən əsas tövsiyəmiz: uşağınız çətin hisslər yaşadıqda onlara yaxın olun. Onun təhlükəsiz məkanı olun. Nə hiss etdiklərini soruşun. İfadə etmələrinə kömək olun.
· Və bu anda onunla nə baş verdiyini bilirsinizsə, onun üçün ucadan səsləndirin ki, o da bunu dərk edə bilsin. Dinləyin və anlamağa çalışın. Onu sözlərlə başa düşdüyünüzü göstərin. Məsələn: "Əzizim ,sənin qəzəbinin səbəbi kubdan qüllənin dağılmasıdır." Və ya: "Kədərləndin, çünki o qız səninlə oynamaq istəmədi."
· "Hər şey qaydasındadır, hər bir insanın bəzən ağlamasına (ya da hirslənməsinə və ya kədərlənməsinə) ehtiyacı var. Mən səninləyəm". Əgər uşağınızın əlindən tuta və ya qucaqlaya bilirsinizsə edin. Bunu etməklə siz ona əlaqənizin gücü barədə bir siqnal göndərirsiniz: “ Sən təhlükəsiz bir yerdəsən. Mən burdayam".
· Bütün bunları etməyə başlamağınız və vərdiş halına düşmüş "yaxşı, otağına get və davranışın barəsində düşün" ifadəsini işlətməmək çox çətin ola bilər. Lakin bu, gələcəkdə müxtəlif hisslərin öhdəsindən gələ bilən qayğıkeş, məsuliyyətli, müstəqil olaraq görmək istədiyimiz uşaqlar üçün ata biləcəyimiz ən yaxşı addımdır.
Müəllif: Becky Mansfield