Xoş oxumalar
Qız uşaqlarının anaları ilə qurduqları bağ, onların inkişafı və psixologiyası üçün önəmlidir. Uşaqlıq dövründə duygusal ehtiyacları qarşılanmayan uşaqların xarekterləri böyüdükcə təsir altına düşür. Analarından qayğı və sevgi görməyən, narsist kişilik xarekterinə xas olan ana ilə böyüyən qız uşaqları gələcəkdə çətinlik çəkəcəkləri barizdir.
Sevgisiz böyüyən uşaqlar güvən problemləri yaşayırlar.
Sevgi və şəfqətini göstərməkdən çəkinməyən anaların uşaqları anaları tərəfindən dəstəklədiklərini hiss edirlər. Ancaq anaları fiziki və duyğusal olaraq yanlarında olmayan qız uşaqları gələcəkdə öz şəxsi münasibətlərində qarşı tərəfə güvənmir və etibar etmirlər.
Ana nəvazişi görməyən uşaqlar emosiyalarını idarə etməkdə çətinlik çəkirlər.
Körpələr duyğuları və mimikaları tanımağı ilk analarından öyrənirlər. Analarının səs tonu və üz hərəkətləri uşağın stresli və narahat olduğu vaxtlarda sakitləşməsinə kömək edir. Anaları ilə lazım olan qayğıkeş münasibət qurmayan qız uşaqları emosiyalarını sağlıqlı şəkildə yönləndirməyi bacarmırlar. Ya duyğularının içində itir ya da hisslərini gizlədərək daxildə özlərinə divar qururlar.
Özgüvənin sarsılması.
Öz valideynləri tərəfindən gözardı edilmiş, kifayət qədər qayğı görməyən ya da stabil olaraq günahlandırılan uşaqlar özlərinə olan güvəni və inamı itirirlər.
İnsanlara qarşı güvənin itməsi.
Başqalarına güvənmək üçün ilk olaraq dünyanın özlüyündə yaxşı bir yer olduğuna, hər nə qədər də mənfi təcrübələr qazanılsa da insanların xoş niyyətli olduğuna inanmaq lazımdır. Ancaq sevgi olmayan mühitdə böyüyən uşaqlar ətrafa xüsusən də dostlarına güvənmək də çətinlik çəkirlər.
Yalnız olduqlarını düşünürlər.
Ana qayğısı görməyən qız uşaqları bu problemin yalnız onlara xas olduqlarını düşünərək həm utanc hissi keçirər, həm də get-gedə cəmiyyətdən uzaqlaşaraq yalnız qalmağı, sosiallaşmamağı seçirlər.
GƏLƏCƏYİN GÜCLÜ, ÖZGÜVƏNLİ, DUYĞUSAL OLARAQ SAĞLIQLI QADINLARINI YETİŞDİRMƏYİN İLK ADDIMI AİLƏDƏN BAŞLAYIR.
Əziz valideynlər övladlarımıza gərəkli olan sevgi və qayğını onlardan əsirgəməyək.