Günlərin bir günü şorba yeyərkən, ağ köynəyimin üstünə bir damcı düşdü. “Bu nədir belə!...” - düşündüm. Amma bir müddət sonra özümü bağışladım, çünki səhv etdikdə özümüzü bağışlamalıyıq.
Bir dəfə balaca Maks şorba yeyən zaman, təmiz köynəyini bulamışdır. "Daha diqqətli yemək yeməyə çalış"- avtomatik olaraq dilimnən qaçırtdım.
Mən həqiqətən mükəmməl olmaq istəyirdim və belə qərara qəldim ki, gün ərzində özümə qaydalar verməyə başlayacam. Həmin qaydalar, böyüklərin uşaqlara qarşı avtomatik dediyi qaydalara bənzəməlidir.
Beləliklə səhər saatlarında mətbəxə girdiyim zaman, axşamdan bəri yuyulmayan bir fincan gördüm.
- Bu fincanı yumaq bu qədər çətindir? Özünü intizam qaydalarına öyrətməlisən ki, sabah səndən bir ağıllı adam çıxsın. – birdən qulaqlarımda səsləndi.
- Brrr... – Fikirlərimi topladım. - Ağıllı adam? Məndən onsuzda ağıllı adam çıxmadı. Ağıllı adam o deməkdir ki, bütün həyatı boyu düzgün bir iş yerində işləsin. Mən isə bir işdən digər işə keçən adamlardanam. – fikirləşməyə davam etdim.
Daha sonra evdən çıxmaq üçün, ayaqqablarımı geyinməyə başladım.
– Ayaqqabının arxasını əymə! Səliqəli geyin və ümumiyyətlə, bir ayaqqabı üçün dabançəkən istifadə etmək lazımdır. Harada olduğunu bilmirsən? Necə yəni bilmirsən? Bəli, bəli, ayaqqabını geyinmək üçün barmaqlarıvı istifadə edəsən. Buna görə sənin gözəl manikürun yoxdur! – hələdə rəylər davam edirdi. Bu zaman hiss etdim ki, əhvalım pisləşməyə başladı.
Küçədə gəzərkən quşları, ətrafda olan gözəlliyi seyr edirdim və həmin zaman yerdə olan almanı təpiklədim. Həmin səs yenədə mənə rəy bildirdi:
- Ayaqqabının burun hissəsini zədələyəcəksən. Ayaqqabılarınızı ehtiyatda saxlamayın!
Evə qayıtdıqdan sonra nahar hazırlayarkən başının üstündəki olan boşqab siyirtməsini açdım, lakin bağlamağı unutdum və fikirim yanındıqdan sonra başımla həmin siyirtmənin küncünə dəydim. Başım ağrımağa başladı və səs qulağıma gəldi:
- Mən axı sənə dedim! Sənə neçə dəfə deməliyəm qapını bağla! İndi rahatlaşdın?
Sonra mən oturub kədərləndim və yenidən səsi eşitdim:
- Nə oturursan, xanım? Ev işlərin azdır?
Halım lap pisləşdi və mən hiss elədim ki, bu səsin nəzarəti altında yaşamaq qeyri mümkündür. Mən anladım ki, bu səs mənim anama aiddir.
O vaxtdan etibarən, mən və Maks yayda yerə düşən almalarla, qışda isə buz dənələri ilə futbol oynayırıq. Bir dəfə isə, metroya çatana kimi yol boyu xırda buz parçalarını təpikləyərək gedirdik. Biz gülürdük və mən ayaqqabların zədələnməsinə əhəmiyyət vermirdim!
Maks kədərlənəndə isə mən həmişə onu qucaqlayıram. Uşaqlara qayğı ilə yanaşmaq, sözlərdən daha önəmlidir.
Özünüzü və uşaqlarınızı sevin və qucaqlayın. İçinizdəki pis şərhçidən qurtulun.
Qoyun ki, uşaqlıq xatirələrindən korlanmış ayaqqabılar, ləzzətli şorbalardan olan ləkələr, gülüş və sevinc qalsın. Uşaqlarınızda “Məni sevirlər və oldduğum kimi qəbul edirlər” kimi fikirlər yaranmalıdır.