Previous Next

Uşaq tərbiyəsində yol verilən 5 xəta❗

 Uşaq tərbiyəsində yol verilən 5 xəta
Adlı məqaləmizi sizlərə təqdim edirik❗
?Uşaqların suallarını cavabsız qoymaq;
Uşaqlar sual verməyi və qarşılığında cavab almağı oyun kimi görürlər, bununla yanaşı zehni, nitq inkişafına da müsbət təsir edir;
?Söz verib üzərində durmamaq;
Uşaqlara söz verərkən diqqətli olmaq lazımdır.Söz verib tutmursunuzsa bu uşaqların güvənini zədələyəcəkdir, ana və atanın dürüst olmadığına inanmağa başlaya bilərlər .
?Başqa uşaqlarla müqayisə etmək;
Heç bir uşağın zəkası, fiziki xüsusiyyətləri digərilə eyni deyil.Uşaqların bir-birilə müqayisə edilməsi onlarda özünəinam hissini zəiflədir, hətta bacarıqsız olduğunu düşünərək depressiyaya düşə bilərlər.
 
?Uşağın hər istədiyini edib, sərhəd qoymamaq;
Qaydalar və sərhədlər düşünüldüyü kimi uşaqları incitməz.Sərhəd qoyulmayan uşaqlar əlindəkilərin dəyərini bilmədiklərini, məsuliyyətsiz olduqları və s. müşahidə edilmişdir.
?Ondan mükəmməl olmasını istəmək ...
Uşaqdan mükəmməl olmasını istəmək, buna məcbur etmək onların psixikasına zərər verir. Uşaqlarda yüksək həyəcan yaranır, uğursuzluqla qarşılaşdıqları zaman özlərini dəyərsiz hiss etməyə başlayırlar.
 Gəlin, gələcəyimiz olan uşaqları sağlam bir mühitdə, sağlam psixika ilə böyümələrinə dəstək olaq
?‍?‍?‍?❗
 
 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!