?️ *Sağlam yaşam üçün nələrə diqqət etməliyik* ❓
? *Bol tərəvəz və göyərtilərdən istifadə edin...*
Tərəvəz və göyərti yemək həm çəkiyə nəzarət etməyinizə, həm də xəstəliklərdən qorunmağınıza yardımçı olacaqdır. Göyərtini süfrələrinizdən əksik etməyin. Göyərti lifləri vasitəsilə mədə və bağırsaqlar daha rahat, həmçinin sürətli işləyəcəkdir. Bu səbəblə yeməkdən sonra özünüzü yorğun və halsız hiss etməyəcəksiniz. Bol tərəvəz qəbulu uzun müddət tox hiss etməyinizə səbəb olacaqdır.
? *Yağ istifadəsini azaldın*...
Xüsusilə qatı yağlardan (marqarin, kərə yağı və s.) uzaq durmağa çalışın, əsasən bitki yağlarına üstünlük verin. Gündə ən çox 3 xörək qaşığı bitki yağı istifadə edin. Yeməklərinizi bişirərkən qızartmaq əvəzinə soba, qaynama, buxar və soyutma üsullarından istifadə etməyiniz məsləhətdir. Gün ərzində az yağlı ətlər yesəniz bədəninizdə lazım olan heyvan mənşəli yağları təmin etmiş olacaqsınız.
? *Paxlalı və lifli qidalardan çox istifadə edin...*
İstifadə olunan karbohidrat mənbəyinin növünə və miqdarına diqqət yetirin. Saf şəkər mənbələri və təmizlənmiş un qidaları əvəzinə paxlalılar (noxud, mərci, lobya kimi), lifli dənələr, təzə və quru meyvələr, toxluq hissini artırır, qəbizliyin qarşısını alır. Paxlalı qidalar həmçinin zülal mənbəyidir. Əlavə olaraq da karbohidrat mənbəyi olaraq bitkilərdən istifadə edərkən təmizlənmiş bitkilərdən istifadə edin (ağ düyü yerinə qəhvəyi düyü, ağ çörək yerinə çovdar çörəyi).