Previous Next

Oğlan uşağını böyütmək: Analar üçün 1️7 məsləhət!

Oğlan uşağını böyütmək: Analar üçün 1️7 məsləhət!

Oğlan böyütmək çətin bir işdir. Hər bir ananın bu mövzuda məsləhətləri mövcuddur. Ancaq anaların bu mövzuda bilmədiyi məqamlar da vardır. Nəzakət və sərtliyin harmonik birləşməsi, səmimi ünsiyyət qurmaq, hər an kömək etməyə hazır olmaq, övladının daxili aləmini dərk etmək... Bəli, oğlan anası olmaq şərəfli, çətin lakin xoşbəxt bir missiyadır!

Vacib məqamlar:

1️. Qoy uşaq paltarlarını korlasın. Hər cırıq gödəkçə və ya boya ilə ləkələnmiş idman kostyumuna görə faciə yaratmağa ehtiyac yoxdur. Uşaqlar müxtəlif yollarla ətraf aləmi öyrənir. Onlar tullanmaqla, qaçmaqla, hasarlara dırmaşmaqla, velosiped sürməklə dünyanı kəşf edirlər. Böyüdükcə onlar sakitləşir və bütün dəcəllikləri aradan qalxır.

2️.Oğlan uşağı enerjisini sərbəst sərf etməlidir. İmkan yaradın ki, oğlunuz idmanla məşğul olsun, özünə sevdiyi heyvanı alsın və ya musiqi alətlərində çalmağı öyrənsin. Oğul övladlarınızın səs-küylü və dəcəl olmaqlarına hazır olun.

3️.Oğlunuz siz demədən başqalarına kömək etməyi bacarmalıdır. O köməyini heç bir məcburiyyət olmadan həyata keçirilməlidir. Elə bir şərait yaradın ki, oğul övladınız artıq balacalıqdan özünü kiçik kişi kimi hiss etsin.

4️. Uşağınız “Niyə?” sualını verdikdə, dərhal cavab verməyə çalışın və onun sualına cavab verməkdən çəkinməyin. Siz övladınız üçün əsas məlumat mənbəyisiniz.

5️. Onun maraqları Sizin üçün birinci yerdə olmalıdır. Misal üçün oğlunuz boksla məşğuldursa, həmin idmanın incəliklərini öyrənin və onunla bu haqda danışın. Oğlunuzun planşetdə nə oynadığından da xəbərdar olun. Onun həyatında iştirak edin və özünüzü uzaqlaşdırmayın.

6️.Birlikdə gəzintiyə çıxın.
Gəzinti səmimi söhbətə, aranızdakı əlaqəni gücləndirməyə imkanlar açır. Üstəlik də, həm sizin həm də oğlunuzun sağlamlığı üçün yaxşıdır.

7️.Onun hətta ən kiçik nailiyyətlərini də qiymətləndirin. Sizin dəstəyiniz oğlunuza yeni nailiyyətlər üçün təkan verəcək və onun özünə olan inamını gücləndirəcəkdir.

8️. Oğlunuza özünə quluq etməyi öyrədin. Gələcək həyatında övladınız təmizkar, səliqəli və müstəqil olacaqdır. Bununla da övladınız özü üçün qərar verməyi öyrənəcək.

9️. Onunla kitab oxuyun. Oxumaq bəlkə də bir insanın sahib ola biləcəyi ən faydalı vərdişdir. Birgə oxumaq isə uşağınızın inkişafına, onunla mənəvi təmas üçün faydalıdır.

1️0️. Uşaq üçün bir ideal axtarın. Oğlunuzla böyük şəxsiyyətlər, onların nailiyyətləri haqda danışın. Oğlan uşağı üçün bu ilham və təqlid kimi olacaq.

1️1. Oğlunuza gözəl davranışları öyrədin: “sağ olun”, "zəhmət olmasa", “xahiş edirəm” sözləri, zəhmət olmasa yol verin, zibil atmayın, zəhmət olmasa sözümü kəsməyin və s. Bunlar uşağınıza tərbiyəli bir insan kimi böyümək imkanı verəcək.

1️2️. Xarakterin və əzələlərin gücü gündəlik zəhmətlə yetişdirilir. Oğlanların güclü olması üçün hələ çoxlu vaxt var. Buna görə də, zəiflik göstərmədən normal olduğunu uşağınıza izah edin.


1️3. Ata oğluna əsas məqamları öyrətməlidir. Atanı təhsil prosesindən uzaqlaşdırmayın. Elə suallar var ki, onları ancaq ata izah edə bilər. Unutmayın ki, kişi ünsiyyəti oğlan uşağı üçün son dərəcə vacibdir.

1️4. Ona nəvazişlərdən çəkinməməyi öyrədin. Böyüyən oğlanlar anası onu öpüb qucaqlayanda utancaq olurlar. Sevgi göstərməyin təbii olduğunu izah edin.

1️5. Unutmayın ki, oğlanların emosiyaları ilk baxışda göründüyündən daha dərindir. Sadəcə olaraq oğlan uşaqları onları gizlədə bilirlər. Bəziləri - təmkinlilik səbəbindən, digərləri isə inanırlar ki, emosiyalar qızların zəifliyidir.

1️6. Unutmayın: bir oğlanın bütün həyatı davamlı rəqabətdir. Kim daha tez məktəbə çatacaq, kimin daha sürətli velosipedi var, kimin əzələləri daha çox inkişaf edib və s. Rəqabət istəyi kişi təbiətinə xasdır.

17. Nəzərə alın ki: onun nitqi tam mükəmməl olmaya bilər. Anlaşılmaz sözlərin istifadəsi – oğlan üçün "həyatı dadmaq" deməkdir! Oğlan ətrafındakı dünyanı da bu yollarla öyrənir. Səhv sözlərə görə onu təhqir etməyin. Nə qədər qadağan etsəniz,  bir o qədər uşaq bu sözləri işlədəcək.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!