Previous Next

UŞAQLAR HƏQİQƏTƏN VALİDEYNLƏRİN ƏKSİDİR?

UŞAQLAR HƏQİQƏTƏN VALİDEYNLƏRİN ƏKSİDİR? - maqalənin ilk hissəsini Sizə təqdim edirik:

Uşaqlar süngər kimidirlər: gördükləri və eşitdikləri hər şeyi hopdururlar. Ona görə də evdə baş verən hər hadisə onların tərbiyəsində öz əksini tapır.

Valideyn olmaq çətindir, çünki dediklərinə və etdiklərinə daim nəzarət etməlisən. Çünki uşaqlar həmişə bizi izləyir və biz fərq etməsək də sözlərimizi, hərəkətlərimizi təkrarlayırlar.

Bəli, uşaqlar valideynləri kimi olmaq istəyirlər. Buna görə də onlara düzgün dəyərləri və prinsipləri öyrətməyin yeganə yolu düzgün nümunə olmaqdır.

Uşaq şüuraltı olaraq jestləri, hərəkətləri, danışıq tərzini və hətta valideynlərinin digər insanlarla münasibətini təqlid edir. Səbəb ana, ata və körpəsi arasında mövcud olan güclü emosional bağlılıqdır.

 

Beləliklə, əgər uşaqlar valideynlərinin əksidirsə, bunları öz xeyrinizə istifadə edə bilərsiniz?

Evinizdə inam, səmimiyyət və rahatlıq mühiti yaradın.
Ünsiyyət ailə üzvləri arasında güclü bir əlaqə yaradır. O olmasa birlik, ailədə təhlükəsizlik olmayacaq.

Sağlam həyat tərzinə sadiq qalın.
Övladlarınızın sağlam həyat tərzi sürməyi istəyirsinizsə, özünüzdən başlayın. İdmanla məşğul olun, pis vərdişlərdən imtina edin və çoxlu tərəvəz yeyin, öz nümunənizlə oğlunuza nəyin yaxşı və nəyin sağlam olduğunu göstərin.

Necə deyərlər, bir misal min sözdən güclüdür. Uşaqlara mühazirə oxumayın, özünüz düzgün hərəkət edin – uşaqlarınız Sizə baxıb eyni hərəkət etsinlər.

Qışqırmayın.
Bütün çətinliklərə baxmayaraq, özünüzü idarə etməyi və səbirli valideyn olmağı bacarmalısınız. Ümidsizlik və stress anlarında belə uşaqlara və digər ailə üzvlərinizə səsinizi qaldırmayın. Əks təqdirdə, körpələr bunun məqbul bir davranış olduğunu düşünəcək və özləri qışqırmağa başlayacaqlar. Gələcəkdə Siz övladınıza özünü belə aparması düzgün deyil sözünü desəniz, uşaqlar "Sən də bunu edirsən" cavabını verə bilərlər.

Dürüstlüyü təşviq edin.
Uşaqları aldatmayın və vədlərinizə əməl edin. Bunun sayəsində uşağınız da sözlərinə görə məsuliyyət daşımağı öyrənəcək.

Zorakılıqdan çəkinin.
Təəssüf ki, uşaqlar pis vərdişlərə tez öyrənirlər. Buna görə, hətta tərbiyə prosesində zorakılıqdan istifadə etmək olmaz. Təcavüzkar yetişdirməmək üçün heç bir halda uşağa əl qaldırmayın və ona qarşı nəlayıq ifadələr istifadə etməyin. Övladınıza problemləri yumruqla yox, ünsiyyətlə həll etməyi öyrətməlisiniz. Hər şeyi fərqli nöqtədən görmək qabiliyyətinə malik, tolerant bir insan yetişdirməlisiniz.

Hər kəsə hörmətlə yanaşın.
Nəzakət nümunəsi göstərin. İnsanları mühakimə etməyin və onların arxası ilə danışmayın.

İstədiyinizə görə mübarizə aparın.
Valideyn olmaq istəklərinizdən və məqsədlərinizdən imtina etmək demək deyil. Bilirik ki, eyni zamanda özünüzə və uşaqlarınıza tam qayğı göstərmək çətindir, lakin bu mümkündür.

Güclü insan olun, hər gün arzunuza doğru bir addım atın. Bu,ancaq sizə yox, həm də bütün ailəniz üçün böyük güc və fədakarlıq nümunəsi olacaqdır.

Xoşbəxt olun
Valideynlər üçün övladları qədər xoşbəxtlik verən yoxdur. Buna görə də, körpələrinizə onları nə qədər sevdiyinizi etiraf etməyi unutmayın: onları tez-tez qucaqlayın, əylənin və xoş hisslərinizi göstərin. Birlikdə keçirdiyiniz vaxtdan həzz alın və onlara sahib olduğunuz üçün nə qədər şanslı olduğunuzu deyin. Sevgi versəniz, eyni sevgini geri qazanacaqsız. İnanın, uşaqlara verdiyiniz bütün xoş sözlər və mülayimlik, sizə geri qayıdacaqdır. Ən əsası, bu, yalnız sizi deyil, bütün ailənizi xoşbəxt edəcək.

Səhv etməkdən qorxmayın.
Hər kəs səhv edir. Əksər hallarda onları düzəltmək və ya heç olmasa gələcək üçün dəyərli bir dərs almaq imkanımız var. Əgər uşaqlar sizdə səhv etdiyiniz zaman etiraf etmək cəsarətini görsə, bu, onlar üçün gözəl bir nümunə olacaq! Bəlkə də bir valideynin övladına verə biləcəyi ən yaxşı örnəkdir.

Nəticə
Bəli, uşaqlar valideynlərin əksidir... Ona görə də övladınız üçün nümunə olun ki, onlar da Sizinlə fəxr edə bilsin.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!