Previous Next

"Sevilməyən uşaqlar" məqaləsini Sizlərə təqdim edirik.

"Sevilməyən uşaqlar" məqaləsini Sizlərə təqdim edirik:

Hər bir uşağın valideyn sevgisinə ehtiyacı var. Ancaq inkar etmək olmaz ki, ən əziz insanlardan qayğı, incəlik və məhəbbət görməyən və bu hissi yaşamayan sevilməyən uşaqlar da mövcuddur. Bu niyə baş verir? Bəs bu sevilməməyin nəticələri nələrdir?
Uşağın əsas ehtiyaclarından biri valideyn qayğısıdır. Onların hər biri öz valideynləri tərəfindən qucaqlanmaq,? onlardan xoş sözlər eşitmək, problemlərinə diqqətlə yanaşmalarını və onlarla oynamaq istəyir.

Uşaq sevilmədiyini hiss edir və ən bahalı, qeyri-adi hədiyyələr belə heç vaxt valideyn sevgisini əvəz edə bilməyəcək.

Uşaq sevilmədiyi halda:

Çox vaxt valideynlər ümumi işlərinə görə uşaqlarına çox az diqqət ayırırlar. Övladlarına təsir edən hərəkətlər məhz onların biganə olmalarıdır. Həmin valideynlər sadəcə olaraq bütün diqqətini öz şəxsi həyatına yönəldir, uşaqları isə arxa plana keçirdir. Belə olan halda, uşaqların valideynləri ilə emosional bağında problem yaranır.
Təəssüflər olsun ki, sevilməyən uşaqlar çoxdur. Onlara qulluq etmək, qidalandırmaq, yaxşı geyindirmək kifayət deyil. Xoşbəxt bir həyat üçün hər şeyə sahib ola bilərlər, amma sevgi və qayğı hissləri onlarda yoxdur. Bu səbəbdən də uşaqlarda tənhalıq hissi, emosional düşkünlük yaranır.

Sevilməməyin faktorları:
- Ana və atalar sevgilərini yalnış şəkildə ifadə edir, uşağa hər cür hədiyyələr almaqla, onları ünsiyyətdən məhrum edirlər.
- Valideynlər uşağın şəxsi ehtiyaclarına məhəl qoymadan onun nailiyyətlərinə diqqət yetirirlər.

-Gənc ana və atalar valideynlik məsuliyyətinə hazır deyil, uşağa əlavə yük kimi baxır və valideynlik vəzifələrini ağır hesab edirlər.
-Böyük qardaş ya da bacıları kiçik övladları üçün dayəyə çevrirlər, onun çiyninə nəinki uşağa baxmağı, hətta ev işlərini də yükləyirlər. Beləcə, böyük uşaqlar valideyn diqqətindən, qayğısından yayınırlar.
-Valideynlərdən biri uşağı sevmir: onun dünyaya gəlməsini istəməyib, uşaq onun təhsil almasına mane olub, uşaq atanın mənfi xüsusiyyətlərinə malikdir və s.

Sevilməməyin simptomları və nəticələri:
Uşaqlar sevginin olmamasına fərqli reaksiya verə bilər:
özlərinə qapana və ya əksinə, mənfi hərəkətləri ilə diqqəti özlərinə cəlb etməyə çalışarlar.
Diqqət və sevginin olmaması uşaqlarda bunlara səbəb olur:

✅özünə inamın aşağı olması,
✅öz imkanlarına qarşı şübhələrin olması;
✅ özünə qapanma
✅depressiv hallar;
✅çətinliklərin öhdəsindən gələ bilməmələri;
✅aqressiya;
✅mərhəmət arzusu.

Uşaq özünü lazımsız hiss etdikdə, başqalarını düşmən şəkilində görməyə başlayır.
Uşaqlıqda sevgi, qayğı görməyən uşaqlar böyüdükdə bu cür olurlar:

Uşaqlıqda sevgi görməyən uşaqlar böyüdükdə bu cür olurlar:

✅ özünəqapalı;
✅ passiv;
✅ təkəbbürlü;
✅ aqressiv.
✅ özünə inamı olmayan

Sevilməyən uşağa kömək etməyə çalışın:

1. Sevginizi düzgün göstərməyə çalışın, onu necə ifadə etdiyinizə fikir verin!

2. Uşağı prioritet edin. Heç bir bəhanə uşağınızla keçirdiyiniz vaxtdan vacib deyil. Buna görə də özünüzü qızınıza və ya oğlunuza daha çox həsr etməyə çalışın. Sözsüz ki, onlarla keçirəcəyiniz xoş bir gün sizin üçün də faydalı olacaqdır.

3. Daim sevginizi göstərin. Fiziki təmas çox vacibdir. Uşağınızı çoxlu öpün və qucaqlayın. Xoş sözlərlə danışın, hər hansı kiçik bir müsbət davranış üçün tərifləyin.

Unutmayın ki, uşaqlar çox tez böyüyür, amma Sizin işləriniz heç vaxt bitməyəcək!

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!