Uşaqların bağçaya asanlıqla uyğunlaşmanın 4 yolu.
Bir uşaq üçün bağça həyatın ailə şəraitindən fərqli qaydalara uyğun olaraq zaman keçirdiyi yeni bir yaşayış yeridir. Bu həmişə körpə üçün sadəcə olaraq həmyaşıdları, pedaqoqlarla münasibət qurmaları, rejimə, ətraf mühitə və qidalanmaya alışmaları üçün vacibdir. Və təbii ki, valideynləri bu işdə övladlarına kömək etməlidirlər. Uşağınıza dəstək olmaq və onun uşaq bağçasına uyğunlaşmasını asanlaşdırmaq üçün "4 əsas yol" barəsində məqalə hazırlayıb sizə təqdim edirik.
1. "Hazırlıq"
Uşağı əvvəlcədən yeni şəraitə öyrətmək yaxşıdır. Hər şeydən əvvəl, bu günün rejiminə də müsbət təsir göstərəcəkdir: prosesi asanlaşdırmaq üçün körpəni uşaq bağçasında adaptasiya olduğu vaxta uyğun olaraq bir rutin, qayda müəyyənləşdirin. Eyni vəziyyət yemək vaxtlarına da aiddir: səhər yeməyi, nahar və şam yeməyi;
2. "İştirak"
Uşaqlar valideynlərinin danışıqlarına əsasən, hadisələrə daha asanlıqla münasibət göstərməyi öyrənirlər. Buna görə də, övladınıza bağçanı necə asanlıqla qəbul etdiyinizi hiss etdirməlisiniz. Onu əvvəlcədən bu situasiyalarla tanış edib, bağca haqqında danışmaq, yeni insanlarla tanış olmağı sevdirin. Və əlbəttə ki, özünüzü səbirli saxlamalısınız, çünki ana və ya atanın narahatlığı qaçılmaz olaraq körpəyə ötürülür.
Övladınızla günün necə keçdiyi barədə danışın, onlara öz uşaqlığınız, bağça illəriniz haqda xoş xatirələrinizi bölüşün.
3. "Möhkəmləndiricilər"
Bağçadaki ilk addımlar üçün uşaq həvəsləndirilməlidir. Bu, sözlü təriflərə və kiçik hədiyyələrə aiddir, məsələn, övladınıza çoxdan istədiyi oyuncağı ala bilər, yeni sürprizlər hazırlaya bilərsiniz.
Körpənin bağçaya getməsi və qayıtması üçün xüsusi olaraq hazırlaya biləcəyiniz bəzi rutinlər də fayda verəcəkdir. Məsələn, o bağçaya geden zaman ona əl çala bilərsiniz və ya kiçik bir şirniyyat ilə qarşılaya bilərsiniz.
Yeni mühitə uşağın təkcə zehni deyil, həm də fiziki olaraq uyğunlaşması vacibdir. Yeni mühit, sosiallaşma uşaqlarda müxtəlif problemlərə səbəb ola bilər. Onlar digər uşaqlarla oynadıqda yeni bakteriyalara ? və viruslarla rast gələ bilərlər. Buna görə də, onun imunitetini əvvəlcədən yüksəltmək lazım olacaq. Bu, xəstəliklərin qarşısını almağa kömək edəcəkdir.
4. Lazım gələrsə, bir mütəxəssislə məsləhətləşin:
Bəzi uşaqlarda ayrılıq hissi narahatlıq yaradır və uşaq bağçaya gələn zaman onda ürəkbulanma, qusma, qarın ağrısı, baş ağrısı, qızdırma kimi fizioloji simptomlar ola bilər. Bu halda Siz mütləq mütəxəssislərə müraciət etməli olacaqsınız. Uşaq yuxusuzluq və yuxuya getməklə bağlı çətinlik yaşaya, kabuslar görməyə başlaya bilər. Belə hallarda bağçaya getməkdən müvəqqəti olaraq dayandıra bilərsiniz. Ancaq zamanla artıq uşaq valideynləri ilə ayrılığa öyrəşməyə başlayacaq.