Previous Next

“HƏKİMLƏR UŞAQ ZORAKILIĞINA QARŞI”

     

 

 

                                              

                                            

              

 

 

 

 

“HƏKİMLƏR UŞAQ ZORAKILIĞINA QARŞI” adlı

Konfrasında iştirakına dair məlumat

              

30 İyul-2 avqust  2019-cu il ayından etibarən Ümidli Gələcək Sosial Təşəbbüslər İB Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə sıx əməkdaşlıqda və OAK Fondu və Gürcüstanın İctimai Səhiyyə Fondunun dəstəyi ilə “Səhiyyə işçilərinin zorakılığa məruz qalmış uşaq və gənclərin aşkar edilməsi və onlara tibbi-psixoloji yardımın və sosial dəstəyin göstərilməsi ilə bağlı fəaliyyətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində “Həkimlər Uşaq Zorakılığına Qarşı” mövzusuna həsr edilmiş  2 günlük Beynəlxalq Konfrasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları (Səbinə Babazadə və Şəhla Mirzəzadə) və İctimai Birliyin əməkdaşları ilə birgə Azərbaycanı təmsil etmişdirlər.

 

Layihə çərçivəsində uşaqlara qarşı zorakılığın qarşısının alınmasında ilkin səhiyyə xidmətində çalışan tibb işçilərinin, xüsusilə də, poliklinika həkimləri və pediatrların bu sahədə bilik və bacarıqlarının artırılması, həmin tibb müəssisələrində bu cür halların idarə edilməsi üçün Kurrikulumun hazırlanması və sınaqdan keçirilməsi nəzərdə tutulub. Səhiyyə işçilərinin bu sahədəki fəaliyyətinin gücləndirilməsi uşaq və gənclərə qarşı zorakılığın, o cümlədən, məişət zorakılığı hallarının qarşısının alınmasına, zorakılığın qurbanı olmuş uşaq və gənclərin təcili tibbi-psixoloji yardımla əhatə olunmasına, müvafiq sosial və digər xidmətlərə yönləndirilməsinə imkan verəcəkdir. Layihə çərçivəsində həmçinin poliklinika həkimləri və pediatrların bu sahədə bilik və bacarıqlarının artırılması üçün milli təlimlərin təşkili, seçilmiş tibb işçilərinin ToT təlimçi kimi təkmilləşdirilməsi, mövzuya dair Kurrikulumun hazırlanmasında həkimlərin fəal iştirakı da nəzərdə tutulmuşdur. Layihə çərçivəsində beynəlxalq və milli təcrübə əsasında Bakı və Gəncə şəhərlərində seçilmiş həkim-təlimçilər öz sahələri üzrə digər həkimlərin hazırlanmasında iştirak edəcəklər.

 

Bununla yanaşı, uşaq və gənclərə qarşı zorakılığın aşkarlanması və təcili tibbi-psixoloji yardımın göstərilməsində səhiyyə işçilərinin rolunun gücləndirilməsi və imkanlarının genişləndirilməsi məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Ümidli Gələcək STİB birgə əməkdaşlığı bundan sonra da davam edəcəkdir.   

                                                                          

              

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!