Previous Next

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Unicef ilə əməkdaşlıqda Gəncədə təlim proqramı təşkil etdi.

Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Unicef ilə əməkdaşlıqda 2019-cu ilin iyul-avqust aylarında Gəncə şəhərində “İnteqrasiya olunmuş Sosial Xidmətlər Modeli” layihəsi çərçivəsində əməkdaşların peşə keyfiyyətlərinin artırılması istiqamətində Azərbaycanda Yuvenal Ədliyyə Sistemi, Zorakılığa məruz qalmış, həmçinin hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlarla sosial-psixoloji reabilitasiya işinin aparılması, sosial təhlükəli vəziyyətdə yaşayan ailələrə sosial xidmətlərin göstərilməsi, ümumilikdə sosial xidmət mərkəzlərinin fəaliyyətinin əsas istiqamətləri və iş prinsiplərindən bəhs edən təlim proqramını həyata keçirmişdir. Təlim müddətində iştirakçılara nəzəri biliklərin verilməsi ilə yanaşı, praktik təcrübənin formalaşdırılması məqsədilə real keyslərdən tapşırıqlar verilmiş, rollu oyunlar və qrup işlərindən istifadə edilmiş, yuxarıda qeyd edilən mövzuların çərçivəsində sujetə alınmış qısa filmlər təqdim edilərək ətraflı müzakirə edilmişdir.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!