2010-cu ildən etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azercell Telekom MMC-nin əməkdaşlığı nəticəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İB tərəfindən yaradılmış Azərbaycan Uşaq Qaynar Xətt xidməti artıq 9 ildir ki, uşaqlara psixoloji-sosial və hüquqi yardım göstərir, habelə onları müvafiq problem üzrə müxtəlif xidmətlərə yönəldir. Fəaliyyət göstərdiyi dövr ərzində uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 39.000–dən çox müraciət daxil olmuşdur. 20 noyabr 2019-cu il tarixində Azərbaycan Uşaq Qaynar Xətt xidməti Uşaq Hüquqları Konvensiyaının 30 illiyi və eləcədə 18 Noyabr Cinsi zorakılığa və istismara qarşı mübarizə günü münasibəti ilə “Park Bulvar AVM”-də maarifləndirici sərgi və tədbir təşkil edilldi.
Sərgidə uşaq və yeniyetmələrin ilkin psixoloji qiymətləndirilməsi üçün uşaqlarla bir sıra maraqlı psixoloji testlər, metodikalar və art terapiya həyata keçirildi, bununla yanaşı valideynlərlə sosial işçi və psixoloq əməkdaşlar tərəfindən maarifləndirici söhbətlər aparılaraq onlara uşaqların sosial-psixoloji durumlarının yaxşılaşdırılması istiqaamətində məsləhətlər verilmiş, daha sonra təşkilatın xidmət mərkəzləri və Azərbaycanda uşaq problemləri sahəsində çalışan dövlət strukturları haqqında məlumatlar, maarifləndirici materiallar və təşkilatın çap məhsulları təqdim edildi. Sərgi və tədbir uşaq, valideynlər və ailələr tərəfindən böyük maraq və həvəslə qarşılanmışdır. Göstərdiyi dəstəyə görə təşkilatımız adından Park Bulvar AVM rəhbərliyinə və eləcədə bütün əməkdaşlarına dərin təşəkkürümüzü bildirirk!