11 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi ilə birgə əməkdaşlıq görüşü keçirilmişdir.
Görüş zamanı hər iki qurumun xidmətləri, fəaliyyət istiqamətləri, əsas iş prinsipləri və s. mövzular haqda söhbət, eləcə də müxtəlif növ zorakılığa məruz qalan uşaq və yeniyetmələrlə sosial-psixoloji reabilitasiyanın aparılması istiqamətlərində əməkdaşlığın müzakirəsi aparılmışdır.
Bununla yanaşı qonaqlarımız mərkəz tərəfindən uşaqlarla mütəmadi təşkil olunan qrup işinin prinsipləri ilə praktiki olaraq tanış olmuş və xoş təəssüratla mərkəzdən ayrılmışdırlar.