"Ümidli Gələcək" Gənclər Təşkilatı - Reliable Future Youth NGO-nin sosial xidməti olan Rehabilitation Centre for Children Victims of Violence and Crime maarifləndirmə və asudə vaxtın təşkilinə dair əyləncə məqsədli fəaliyyətlərini davam etdirir.
11 oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə mərkəzdə qeydiyyatda olan məhz gənc və yeniyetmə qızlarımız üçün “Kulinariya üzrə Masterclass" təşkil olunmuşdur. Bu Masterklasın əsas məqsədi təhsillə yanaşı yeniyetmə və gənc qızların həyat bacarıqlarının inkişaf etdirilməsi və bu sahədə təcrübəyə, biliklərə yiyələnməklə, onların birgə fəaliyyətə, komanda işinə cəlb edilməsidir. Tədbirdə, kulinariyanın incəlikləri, doğru proporsiyalara riayyət edilməsi və bu peşənin əsas məqamları haqqında, mərkəzimizdə qeydiyyatda olan və hal-hazırda peşə məktəbində "Aşbaz" peşəsində təhsil alan yeniyetmə qızımız tərəfindən aparılmışdır.
Nəticədə qızlar qruplara bölünmüş, maraqlı və qeyri-adi salatın hazırlamasında aktiv iştirak edərək bu sahədə bacarıqlar əldə etmiş, əyləncəli və faydalı asudə vaxt keçirilmişdir. Bununla yanaşı, yeniyetmə qızlarımıza 11 Oktyabr günü ilə bağlı qısa məlumat verilmiş və bu istiqamətdə maarifləndirmə işi aparılmışdır. Onların tək bu gün deyil, həyatlarının hər bir anında özlərini dəyərləndirmək, gələcək fəaliyyətləri və inkişafları istiqamətində yüksək motivasiya ilə irəliləməkləri vurğulanmışdır.