Previous Next

Uşaqlarımızın yaddaşında xoş xatirələrlə qalaq

Uşaqlarımızın yaddaşında xoş xatirələrlə qalaq

 

Uşaqlar yaş dövründən asılı olmayaraq, daima diqqət mərkəzində olmağa ehtiyac duyurlar. Buna görə də valideynlər uşaqlarına qarşı diqqətli olmalı, onların istəklərini müəyyən çərçivədə yerinə yetirməyə çalışmalıdırlar. Uşaqlar hər zaman xoş günlər keçirməyi, əylənməyi, yaddaşlarında xoş anların qalmasını istəyirlər. Bunu da onlara yaşatmaq valideynlərin üzərinə düşən ən mühüm vəzifələrdən biridir. Onu da qeyd etmək lazımdır ki, uşaqların yaddaşında qalan xatirələrin gələcəkdə onların həyatına müəyyən təsirləri olur.

Bəs uşaqlarımızın yaddaşında xoş xatirələri necə formalaşdırmalıyıq?

Baxmayaraq ki, uşaqlar təkcə bir gün deyil, hər gün sevinmək, əylənmək və valideynlərinin diqqət mərkəzində olmaq istəyirlər. Lakin bayram günləri valideynlər daha diqqətli olmalı, uşaqlarına hədiyyələr almalı, onlarla daha çox vaxt keçirməlidirlər. Uşaqlar əlamətdar günlərdə böyüklərdən gözləntiləri digər günlərlə müqayisədə daha böyük olur. Buna görə də valideynlər uşaqlarına xüsusilə belə günlərdə zaman ayırmalı, özləri də onlarla birlikdə vaxt keçirməlidir. Psixoloqlar məsləhət görürlər ki, bayram günlərdində valideynlər uşaqlarının fikirləri nəzərə alaraq, onların arzu və istəklərinə uyğun əyləncə təşkil etsinlər. Yaxşı olar ki, ailənin böyük üzvləri hər biri ayrı-ayrılıqda azyaşlılara kiçik də olsa hədiyyə alaraq onları sevindirsinlər. Nəzərə almaq lazımdır ki, uşaqlar üçün hədiyyənin maddi dəyəri deyil, mənəvi dəyəri önəmlidir. Valideynlərin əksəriyyəti sırf maddi baxımdan əziyyət çəkdiyi üçün bayram günlərində övladlarına hədiyyə almağı vacib bilmirlər. Lakin bu tamamilə yalnış fikirdir. Belə olduğu halda uşaqlar öz yaşıdlarına baxaraq, onlara valideynləri tərəfindən alınan hədiyyələri gördükdə müəyyən məyusluq və hətta qısqanclıq hissi keçirəcəklər. Bu da uşaqlarda valideynlərinin onlara qarşı laqeyd olması fikrinə gətirib çıxarır. Valideynlər uşaqlarına qarşı daim diqqətli olsalar, təkcə bayram və əlamətdar günlərdə deyil, adi günlərdə də onları sevindirsələr bu uşaqların özünü daha dəyərli hiss etmələrinə səbəb olacaqdır. Hər zaman valideynlərinin sevgisini, qayğısını, diqqət və rəğbətini görən görən uşaqlar hər zaman digərlərinə nisbətən daha özgüvənli və özünəinamlı olurlar.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!