Previous Next

Yeniyetmə konfliktlərində  cinsi fərqlər

 

Qarşılıqlı münasibətlər zamanı konfliktlərin yaranmasına müxtəlif faktorlar təsir edə bilər. Münasibətlərdə baş vermiş ziddiyyətlərin və fikir ayrılıqlarının həllində cinsi fərqlərin olmasının payı az deyil. Belə bir deyim var: “Mübahisədə qadını başa düşməyin yeganə yolu onun dediyi ilə razılaşmaqdır”. Qadınların emosional, inadkar, məntiqli olması bəzən onlar arasındakı qarşılıqlı münasibətlərin pozulmasına və konfliktlərin baş verməsinə gətirib çıxarır.

Tərbiyə prosesində oğlanlara, qızlara nisbətən daha enerjili və aqressiv olmağı öyrədirlər. Bu cür münasibətlər isə yeniyetmələrin inkişafına təsir edir və onlarda konflikt haqqında təsəvvürlərin  formalaşmasında əhəmiyyətli rol oynayır. Ailədə doğulub böyüyən və məktəbdə təlim-tərbiyə alaraq şəxsiyyətə çevrilən yeniyetmədən  kənardakıların da münasibətləri yan keçmir. Xüsusilə oğlan və qız davranışları haqqında cəmiyyətdə formalaşan təsəvvürlərin rolu danılmazdır.

 Azərbaycan ailəsində yeniyetmə oğlanların tərbiyəsi iradi keyfiyyətlərin, qızların tərbiyəsi isə daha çox analıq vərdişlərinin formalaşdırılması istiqamətində həyata keçirilir. Hətta xalqımızın tarixi ənənələrindən gələn fikrə  görə  kiçik yaşlarından “qızlarla daha çox ünsiyyətdə olmaq, oğlanlara isə daha çox yemək verilməsi” nümunəsi var idi. Belə yanaşma isə təbii ki, qızların daha mehriban və ünsiyyətcil, oğlanların isə güclü olmasına yol vermişdir.  

Milli xarakter övlad tərbiyəsində özünəməxsus şəkildə təzahür edir. Yaponların qənaətinə görə xarakter gücü valideynlərin iradəsinə qarşı çıxmaqda yox, bu iradəyə tabe olmaqda özünü göstərir. Misal olaraq dilimizdə işlədilən “valideynin üzünə ağ olma” ifadəsi bu baxımdan çox əhəmiyyətlidir.

Müşahidələr göstərir ki, Azərbaycan şəraitində valideynlər və ətrafdakı adamlar qızlara təlqin edirlər ki, onlar özlərini “ balaca xanım” kimi aparmalıdırlar. Bu xanımlar oğlan kimi bərkdən qışqırmırlar. Əgər qızlar hirslənirsə, onları daha sərt cəzalandırırlar. Çılğınlığı balaca oğlanlar üçün səciyyəvi sayırlar və onların özlərini belə aparmasına icazə verirlər. Kiçik qızlardan isə sözə qulaq asmağı və tabe olmağı gözləyirlər. Bəlkə də elə ona görədir ki, Azərbaycan  mühitində şəxsiyyətlərarası konfliktlərə meyl oğlanlar arasında daha çox rast gəlinir. Xüsusilə yeniyetməlik yaş dövrü bu hal üçün səciyyəvidir.

Belə bir epizoda diqqət edək. Yeniyetmələrlə tədqiqat zamanı aşağıdakı kiçik mətndən istifadə edilmişdir:

9-cu sinif şagirdi Rübab ailə üzvləri ilə şəhərə gəzintiyə çıxır. Nəqliyyatda gedərkən özündən yaşca böyük bir insan onun ayağını tapdalayır və üzr istəmədən heç nə olmamış kimi yoluna davam edir. 

       Sual:

1.      Bu situasiyada ailə üzvlərinin yanında sən nə edərdin?

2.      Tək olsaydın necə hərəkət edərdin?

  Eksperimentin nəticələrini təhlil edərkən əsas diqqət çəkən məqamlardan biri də odur ki, yeniyetmələri daha çox maraqlandıran o idi ki, görən ayaq tapdayan qadındır, yoxsa kişi. Təbii ki, onlar hesab edirlər ki, əgər bu insan qadındırsa onda bu  vəziyyətdə onu nəzərə alarıq, yox əgər bu kişidirsə ona daha diqqətli olmağı bildirərik, əgər başa düşməsə onunla dalaşarıq və s. bu tipli cavablar yazmışlar.

Yeniyetmələrin əksəriyyətinin bu suallara verdiyi cavablardan digər nümunələrə nəzər yetirək: “...üzünə baxardım, ancaq böyük olduğu  üçün heç nə deməzdim, çünki bu təsadüfən də ola bilər”, “...ailə üzvlərim yanımda olarsa həmin şəxsin üzünə hirsli-hirsli baxaraq heçnə deməzdim” və s.

Məlum olur ki, yeniyetmələrdə konflikt haqqında təsəvvürlərin formalaşmasına çoxsaylı amillər təsir göstərir. Bu amillər içərisində isə daha çox diqqət çəkən yeniyetmələrdə formalaşan ailə münasibətləri, yaş fərqləri, cinsi fərqlər, KİV-in təsiri və s. olmuşdur.  Bir sözlə,  bu yaş dövründə yeniyetmələri başa düşməyi bacarmalı və xüsusilə konfliktli situasiyalarda onlara vaxtında köməklik göstərmək lazımdır. Qeyd etdiyimiz mərhələdə valideynlərin, eyni zamanda, müəllim və tərbiyəçilərin üzərinə daha çox iş düşür. Valideynlərin maarifləndirilməsi uşaqların tərbiyəsinə  əsaslı dərəcədə təsir göstərir. Bu mövzuda aşağıdakı nüanslara toxunmaq olar.

1.      Əvvəla, yeniyetməlik ( böhranlı yaş dövrü) bir növ keçid yaş sayılır. Qızlarda və oğlanlarda bu fərqliliyi nəzərə almaq və bu cəhətdən onlara yanaşmaq ünsiyyəti asanlaşdıra bilər.

2.      Hələ kiçik yaş dövründən uşaqların həmcinslərindən əlavə qarşı cinslərlə də dostluq, yoldaşlıq etməsinə qadağa qoymaq daha sonra onlarda (yuxarı yaş mərhələsində) qarşı tərəflə ünsiyyət probleminə gətirib çıxarar.

3.      Valideynlər övladları arasında fərq qoymamalı, övladlarını böyük yaxud kiçik olaraq ayırmayıb onları eyni dərəcədə sevimlidirlər.

4.       Kiçik müvəffəqiyyətində belə övladlarınızı mükafatlandırmağı, bununla onları motivasiya etməyi bacarın

5.      Hər fürsətdə onları sevdiyinizi və sizin üçün dəyərli olduqlarını hiss etdirin.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!