Yoqa təcrübəsinin fiziki, mənəvi və əqli sağlamlığınızın ayrılmaz bir hissəsi olduğunu gördükdə, bu təcrübəni uşaqlarınızla da, bölüşmək istəməyiniz təbiidir. “Amma, mən özüm yoqa ilə məşğul olmuram. Uşağıma bu təcrübəni necə öyrədim?”deyə sizdə sual formalaşa bilər. Gəlin, bu sualı fürsətə çevirək. Sadə yoqa hərəkətləri ilə başlayaraq, həm özünüz, həm də uşaqlarınız yoqanın faydalarından yararlana bilərsiniz.
Bəs Yoqa nə üçün lazımdır? Nə kimi faydası vardır?
Yoqa, biz böyüklərin olduğu kimi uşaqların da bədənlərini, beyinlərini, özünə inamı, emosional sağlamlığını inkişaf etdirməyə və stresin öhdəsindən gəlməsinə kömək edir. Yoqa ilə məşğul olmaqla uşaqlar daha yaradıcı və sakit, rahat ola bilərlər. Sözsüz ki, uşaqlar yoqa pozalarını böyüklər qədər uzun müddət edə bilməyəcəklər və diqqətləri tez yayına bilər. Lakin uşaqlar üçün yoqanın bir bir çox faydaları olduğunu nəzərə alsaq, bu təcrübəni təhlükəsiz, əyləncəli və sadə etməklə uşaqlarınıza yoga öyrətməyin əsl vaxtıdır!
1. METOD Uşaqlara Yoga Təhlükəsizliyini öyrətmək
Uşaqların yaşlarına görə vaxt aralığını təyin edin. Unutmayın ki, uşaqların orqanizmi hələ də inkişaf edir, buna görə də, hərəkətlər çox uzun tutulmamalı və ümumi yoga sessiyası onların yaşlarına və bacarıqlarına uyğun olmalıdır.
• 5 yaşdan kiçik uşaqlara hər məşq və ya pozada 1 dəqiqə vaxt sərf etməyə icazə verilir. Kiçik uşaqlar üçün ümumi yoga sessiyası 15 dəqiqədən çox olmamalıdır.
• 6 yaşdan yuxarı uşaqlarda isə bu vaxt 90 saniyə və ya 2 dəqiqəyə qədər uzadıla bilər. Yuxarı yaşlı uşaqlar yoga seanslarında 25 dəqiqəyə qədər məşq edə bilərlər. Lakin, nəzərə almaq lazımdır ki, ilk dəfə yoqa ilə məşğul olan uşaqlar üçün bu sessiya vaxtı qısa tutulmalı, növbəti günlərdə dəqiqələr artırılmalıdır. Gərgin məşqlərdən sonra, pozalar arasında tez-tez ara verməyə çalışın. Bu fasilələr zamanı uşaqlara düşünməyi və fasilədə qalmağı öyrədin.
Yoqa hərəkətlərini nümayiş etdirin. Uşaqlara bunu necə edəcəyini söyləməkdənsə, bunu necə etmək lazım olduğunu göstərmək, onlara bədənlərini daha etibarlı şəkildə hərəkət etdirmələrinə kömək edəcəkdir. Yoga başlamazdan əvvəl isinmə hərəkətləri edin. Bu həm sizi, həm də uşaqları məşqə hazırlayacaq. Uşaqlarınızın yoga etmədən əvvəl nə yediklərinə fikir verin. Yogaya heç vaxt dolu bir mədə ilə başlamayın. Yoga üçün olan matlardan istifadə edin. Yumşaq və dəstəkləyici bir səth təhlükəsizlik və rahatlıq üçün çox vacibdir.
2. METOD Yoqanı uşaqlar üçün sadə və əyləncəli edin
Onları sizi müşahidə etməyə dəvət edin. Uşaqların yoga ilə maraqlanmasının bir yolu sizi seyr etməkdir.
Uşaqlara düzgün nəfəs almağı öyrədin. Rahat və dərin nəfəs almaq yoga məşqləri üçün vacibdir. Onlar tez-tez "niyə" bir şey etmək lazım olduğu barədə sual ünvanlaya bilərlər. Bu zaman, düzgün nəfəs almağın sakitlik gətirdiyini, diqqət və enerjini artırdığını onlara izah edin. Nəfəs almanın faydalarını öyrətmək, onu daha yaxşı öyrənməyə kömək edəcəkdir.
“Lideri izləyin” oyunu. Bu oyun uşaqlara yoqa hərəkətlərini öyrətmək üçün asan və əyləncəli bir yoldur. Siz lider ola bilərsiniz və uşaqlar isə sizi izləyərək hərəkətlərinizi təkrarlaya bilərlər.
3.METOD Uşaqlar üçün yoqa hərəkətləti
Sadə pozalardan başlayın. Oxatan pozası başlanğıc üçün çox yaxşıdır, çünki uşaqlar yay və ox atdıqlarını təsəvvür edərək bu hərəkəti tətbiq edə bilərlər.
Ayaqları geniş şəkildə açın. Topuqlarınız yerdə, sol ayaq sola baxır, sağ ayaq isə düzdür. Sol qolunuzu uzadın və sağ qolunuzu bir yayı geri çəkdiyinizi təsəvvür edin. Daha sonra nəfə asıl pozanı dəyişin və sağ tərəfə çevrilin.
Qollarınızı başınızın üstünə qaldırın və Dağ pozası üçün əllərinizi bir yerdə saxlayın. Bu, uşağın bütün bədənini uzadacaq və nəfəs almasına kömək edəcəkdir.
Dağ pozasını Ağac pozasına çevirin, uşaqların bir ayağını yerdən qaldırmasına kömək edin. Dizindən tutun, sonra digər ayağını dəyişdirin və hərəkəti tətbiq edin.
Digər bir poza üçün uşağınıza yerə üz üstə uzanmasını söyləyin. Sonra başını yerə qoymamaq şərtilə dik saxlayaraq, əlləri ilə hər iki ayağından tutmasını deyin.
Körpə pozası. Körpə olarkən onun necə dayandığını göstərin, hətta uşaqlıq xatrələrindən danışa bilərsiniz. Kürəyi üstə uzanaraq, ayaqalarını qaldırır və bacardığı qədər qarnına doğru sıxır. Əllərini qaldıraraq ayaq uclarından tutaraq bu yoqa hərəkətini tamamlamış olur.
Kobra hərəkəti. Uşaqlar ilan kimi görünməyi sevirlər. Ayaqları yerdə qalarkən bədənimizin yuxarı hissəsini yəni başımızı bədənimizi yerdən qaldırın və əllərimizi döşəmədə tutun.
Budur, bu qədər sadə! Kiçik amma, faydalı yoqa hərəkətlərini etməklə bədənimiz daha sağlam olacaq. Və unutmayın ki, sağlam BƏDƏNDƏ sağlam RUH olar!
"Ümidli Gələcək" STİB-nin Psixoloqu Quliyeva Xoşqədəm
Məlumatları paylaşan zaman mənbə bildirməyiniz xahiş olunur