Previous Next

Sosial İşçi Olmaq..

Qəbul imtahanları başlıyan ərəfədə Abuturientlərin ixtisas seçimini təsadüfi yox, bilərək, istiyərək seçməyinizi gələcək həyatınıza əhəmiyyətli dərəcədə təsir göstərir. Sonradan peşman olmamanız, təhsil aldığınız 4 ilin hədər olmaması üçün sizə bu məqalədə  yeni ixtisas sahələrindən həm də son zamanlar Azərbaycanda inkişafda olan bir ixtisas sahəsindən bəhs edəcəyəm. Bu mənim də ixtisasım olan  Sosial iş sahəsidir.

Sosial iş cəmiyyətin problemli təbəqələrinin mənafeyi və sosial rifahı uğrunda vasitəçilik edən sferadır. Sosial iş peşəsi ilə sosial işçilər məşğul olur. Dünyada ilk dəfə "Sosial iş" proqramı Amsterdamda, sonralar isə Berlin və Londonda meydana gəlmişdir. Azərbaycanda isə Sosial iş peşəsinin tədrisinə Bakı Dövlət Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Memarlıq və İncəsənət Universitetində tədris olunur.

 Sosial işçilər sosial müdafiəyə ehtiyacı olan təbəqələrin, insanların maraqlarının təmin edilməsi, hüquqlarının müdafiəsinə yönəlmiş qanunverici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Sosial iş sahəsinin ilkin anlayışı və müdaxilə obyekti insanlardır (Klient). Sosial işçilər klientlərlə çalışır, Sosial işçinin Klientlə işinə isə keys deyilir. Klient problemli situasiyaya (çətin həyat şəraiti və ya hansısa hüquqi, psixoloji, tibbi və s.) düşmüş, həll yolunu tapa bilməyən şəxsdir və o müəyyən bir mərhələdə yardım məqsədilə sosial işçiyə müraciət edir. Sosial işçi isə öz növbəsində Klientin problemli vəziyyətini qiymətləndirir və problemin həlli istiqamətində fəaliyyət planı hazırlayır. Problemin həlli yönündə Sosial işçi Klientin sosial, psixoloji və ya hüquqi xidmətlərə yönəldir və eyni zamanda həmin xidmətlə təmin olunmasına nəzarət edir. Məhz bu nöqteyi-nəzərdən vurğulanır ki, sosial iş sahəsi insanların Dövlət və Özəl xidmətlər ilə arasındakı əlaqəni əlçatan edir, bir növ əlaqələndirir. Bu peşənin daşıyıcıları insanları öz potensiallarına arxalanmağa yönəldir, problemin kənar müşahidəçisi olmaqla qərarvericiliyi klientin öhdəsinə buraxır.

Aşağıda sosial işçilərin bir sıra fəaliyyət sahələri qeyd olunmuşdur:

- Ailə məsələləri üzrə məsləhətçi

- Sosial tədqiqatçı

- Məhkumlarla Sosial iş

-Ahıllarla Sosial iş

-Xüsusi qayğıya ehtiyacı olan şəxslərlə Sosial iş

-Risk qrupları ilə ( ruhi xəstəliklərdən əziyyət çəkənlər,zərərli maddələrin aludəçisi olan şəxslər,insan alverinin qurbanları və s.) Sosial iş

-Hərbi Sosial iş

-Uşaqlarla Sosial iş

-Zorakılığa məruz qalmış şəxslərlə Sosial iş

-İcmalarla Sosial iş və.s

 İlk baxışda Sosial iş peşə olaraq sizə çox çətin gəlsədə, zaman keçdikcə bu peşənin insanda mənəvi olaraq ruh yüksəkliyi, daxili məninə  rahatlıq gətirdiyinə şahid olacaqsınız. Sonda isə sizə tələbəlik həyatınızda uğurlar arzu edirəm

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!