Previous Next

 Uşaqlar və dostluq münasibətləri

·       

Əziz uşaqlar bugün sizlərlə dostluq münasibətlərimizdən danışacayıq.

·        Dostluq nədir?

Dostluq həyatın ən mənalı dəyərlərindən biridir. Uşaqlar arasında dostluq münasibətləri artıq 4-5 yaşlardan formalaşmağa başlayır. Bu yaşlarda dostluq bir növ uşaqlar arasında “oyun dostu” deyə özünü biruzə verir. Uşaqlar arasındakı bu münasibəti tam saflıq və sədaqət rəmzi kimi də adlandıra bilərik. Bəzən isə uşaqlar dostluq münasibətləri qurmaqda çətinlik çəkirlər.

·        Uşaqlarda dostluq münasibətlərinin qurulmasında çətinliklərə səbəb olan amillər nələrdir?

Uşaqlarda sosial və ünsiyyət bacarıqlarının ehtiyac kimi formalaşması onlar arasında dostluq münasibətlərinin qurulmasını labüd edir.  Bundan əlavə uşağın özünə güvənməsi dostları ilə arasında yaranan problemləri asanlıqla həll edə bilməsinə səbəb olar.

Uşaqda özgüvənin formalaşması üçün ailədə ona hər hansı bir işdə məsuliyyətin verilməsi çox önəmlidir. Ailədə bu kimi ilkin addımların atılması uşaqların sonrakı həyatında da öz təsirlərini göstərəcəkdir.

Bəzən isə uşağın özgüvəni normal inkişaf etsə də həyatında qəfil baş verən bir sıra dəyişikliklər onlara adaptasiya çətinlikləri yaşada bilər. Məsələn: kiçik bir kənddən böyük bir şəhərə köçən ailənin övladı yeni bir mühitə, yeni məktəbə, dost çevrəsinə çətinliklə uyğunlaşır. Belə olduğu halda yeni həyata adaptasiya olması müəyyən zaman alacaqdır.

·        Dostluq münasibəti qurmaqda çətinlik çəkən uşaqlarda hansı psixoloji problemlər müşahidə oluna bilər?

Belə hallarda uşaqlarda dırnaq yemə, məktəb fobiyası, dərslərində uğursuzluq, məktəbdə davranış pozuntuları və s. müşahidə oluna bilər.

·        Bəs uşaqlarda dostluq münasibətlərinin qurulmasında valideynlərin rolu nədən ibarətdir?

Bildiyimiz kimi uşaqlarda müxtəlif davranışların təməli ailədə qoyulur. Burada diqqət olunası məqam həm valideynlərarası münasibət, həm də valideyn-övlad münasibətləridir. Valideynlər uşaqları ilə ünsiyyətlərini daha çox əmrlər üzərində qurarlarsa, bu da qarşılıqlı münasibətlərdə bir sıra problemlərin yaranmasına gətirib çıxaracaqdır.

Sonda əlavə olaraq deyə bilərik ki, övladlarımızda həmyaşıdları ilə münasibətlərində yaranan problemləri aradan qaldırmaq istəyiriksə, o zaman bunu ailədaxili münasibətlərdən başlamalıyıq. İlk öncə əmr və nəsihət verməkdən daha çox onları dinləməyi bacarmalıyıq. Dediklərinə hörmətlə yanaşmalıyıq. Çünki övladımız ona edilən hörməti hiss etməlidir. Hörmət edildiyini hiss edərsə, bu zaman özgüvənində normal inkişafından danışa bilərik. Bu özgüvən həmçinin də onların dostları ilə münasibətlərinin düzgün qaydada qurulmasına və sosial əhatəsində də özünü rahat ifadə etməsinə kömək olacaqdır.

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!