Previous Next

Məktəbə Qayıdış..

Uzunmüddətli fasilədən sonra məkəbə getmək hər bir uşaq üçün çətin ola bilər.

Övladım məktəbə qayıtmaqda çətinlik çəkirsə nə etməliyəm?

Pandemiyanın davam etməsi ilə bərabər onun uşaq və böyüklərdə yaratdığı stress, narahatlıq, qorxu və s., davam etməkdədir. Məktəblərin açılmağa doğru getdiyini nəzərə alsaq, bu kimi psixoloji hallar uşaqların adaptasiyasında müəyyən çətinliklər yaradacğının da şahidi ola bilərik. Bu müddətdə biz valideynlərin üzərinə də müəyyən öhdəliklər düşür. Belə ki, bu dönəmlərdə uşaqlara dəstək olmalı, qorxu və narahatlıqlarının normal olduğu ilə bağlı söhbətlər aparmalıyıq. Çünki aylardır evdən təhsilə davam edən övladlarımız, məktəbə geri dönmək prosesində özlərini gərgin və istəksiz hiss edə bilərlər. Bəzi dəyişikliklərlə qarşılaşa biləcəklərini izah edin, məsələn, məktəbdə maska taxmaq kimi. Bundan əlavə, uşaqlar məktəbdə olarkən, fiziki cəhətdən dostlarından və müəllimlərdən uzaq qalması çətin ola bilər. Bu hal isə onları daha fərqli əlaqə və ünsiyyət yolları haqqında düşünməyə təşviq edəcəkdir. Uşaqlara məktəbə qayıtmanın müsbət tərəflərini xatırladın. Dostlarını və müəllimlərini (fiziki olaraq dərsə qayıdırlarsa) görə biləcəklərini və yeni şeylər öyrənməyə davam edəcəklərini izah edin.

Bu vəziyyətin öhdəsindən necə gəldiyini görmək üçün uşağıma hansı yollarla nəzarət edə bilərəm?

Uşaqlarla söhbətinizdə sakit və anlayışlı olmağınız vacibdir. Baş verənlərin öhdəsindən necə gəldikləri haqqında onlarla danışın. Duyğuları mütəmadi olaraq dəyişəcək və bunun normal olduğunu onlara bildirin. Özlərini daha rahat şəkildə ifadə etmələri üçün onlarla birlikdə rəsm çəkə, müxtəlif oyunlar oynaya bilərsiniz. Gün ərzində özlərini necə hiss etmələri haqqında soruşa bilərsiniz. Empatiya quraraq, onları başa düşdüyünüzü və bu kimi halların bu dönəmlərdə normal olduğu haqqında söhbətlər edə bilərik. Söhbət əsnasında öz emosiyalarınız haqqında danışmaqdan, fikirlərinizi bölüşməkdən çəkinməyin.  Belə bir mühit uşaqlar üçün ən gözəl ünsiyyət üsuludur.

Məktəbə başlama dönəmində digər siniflərdə oxuyan şagirdlərlə yanaşı birincilər də həyatlarının yepyeni bir bir hissəsinə qədəm qoyurlar. Atılan bu yeni addımlar onların həyatında bir sıra dəyişikliklərə yol açmış olur. Bu dəyişikliklərə daha rahat adaptasiya olmaq və uğurla öhdəsindən gəlmək üçün valideynlərin dəstəyinə ehtiyac duyulur.

Bəs övladlarımıza bu zamanlarda necə dəstək ola bilərik?

Ø Məktəbə başlamazdan əvvəl uşağın yuxu və qida rejiminə bir daha diqqət yetirin. Dəyişikliyə uşağı hazırlamaq, tapşırıqlar, fəaliyyətlərlə bağlı yorğunluq olmasın deyə gün rejimi barədə uşaqla danşılmalıdır. Uşaq səhər oyanmaq üçün zəngli saatı özüdə qura bilər.

Ø Yalnız onun deyil, bütün uşaqların məktəbin ilk günündə həyəcanlı olduğunu deyin. Hətta özünüzdən bir nümunə gətirə bilərsiniz. İlk gün yaşadığınız hissləri, başınıza gələn gülməli əhvalatları danışa bilərsiniz.

Ø Uşağınızın dərs cədvəli, gündəlik rejimi barədə ona məlumat verin. Məktəbin hansı gün, hansı saatda başlayıb bitəcəyini ona sakit şəkildə deyin.

Ø Bu yeniliyin, məktəbin ona nələr qazandıracağı barədə danışın, onu həvəsləndirin. Yeni dostlar, yeni oyunnlar və s., onun diqqətini mütləq çəkəcəkdir.

Ø Məktəbdə hər hansısa bir problem yaşanarsa, onun yanında olacağınızı və problemi birlikdə həll edəcəyinizi ona hiss etdirin.

Ø Evdən ayrılmaq istəməyən uşaqlara məktəbin daha maraqlı və əyləncəli olduğunu deyin. Uşaqlar indidən səhər vaxtı televizor izləmək yerinə pazl yığsa, kitab oxusa və ya şəkil rəngləsə məktəb fəaliyyətinə və rejiminə daha asan uyğunlaşacaqlar.

Sonda isə yazılanları ümumiləşdirərək, bu müddət ərzində valideynlərə səbrli olmağı, övladlarının suallarına təmkinlə və izahlı şəkildə cavab verməyi tövsiyə edirəm. Əgər övladlarımızın sağlam düşüncə və psixologiyaya malik olmalarını istəyiriksə, onlara daha çox vaxt ayırmalıyıq.

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!