Previous Next

17 May Beynəlxalq Uşaq Qaynar Xəttləri günüdür...

 
17 May Beynəlxalq Uşaq Qaynar Xəttləri günüdür. Azərbaycanda Uşaq Qaynar Xətt (AUQX) xidməti fəaliyyətini 11 ildir ki, davam etdirir.
Məqsədimiz ölkəmizdə yaşayan bütün uşaqların sədasına çevrilərək onların problemlərini yalnız dinləmək və təsəlli vermək deyil, həm də həllinə müvəffəq olmaqdır.
 
11 illik fəaliyyətimiz müddətində 48 000-dən artıq müraciətin cavablandırılmasını biz operatorlar həyata keçirsək də, problemin aradan qaldırılması, təxirəsalınmaz müdaxilənin edilməsində həç zaman tək olmamışıq.
 
Bugün 17 May 2021-ci il tarixində bizlər Ümidli Gələcək STİB əməkdaşları, AUQX xidmətinin operatorları olaraq SİZlərə, geridə qalan on bir ildə fəaliyyətimizi uğurla qurmamıza və davam etdirməmizə dəstək olan, töhfə verən, inamını, etimadını daima hiss etdiyimiz bütün DÖVLƏT və ÖZƏL sektorların nümayəndələrinə, eyni zamanda əhalinin ən duyarlı təbəqəsi olan, yalnız özünü, öz övladlarını deyil, digərlərini də düşünərək qonşuda, küçədə, məktəbdə, restoranda və ya digər hər hansısa bir yerdə baş vermiş zorakılıq hadisəsinə susmayan və araşdırılması üçün müraciət edən bütün VƏTƏNDAŞLARımıza sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk!
 
Sizlərin DƏSTƏYİ və İNAMI bizim üçün olduqca vacibdir!
 
Cəmiyyətimizin ən həssas təbəqəsi olan uşaqlarımızın qarşılaşdığı problemləri həll edə bilməkdən, Beynəlxalq Uşaq Qaynar Xətt Şəbəkəsinin üzvü olaraq regionlararası əməkdaşlığı qurub ölkəmizdə daha uğurlu fəaliyyətin davamı üçün daima inkişaf etməkdən qürur duyuruq! Unutmayaq, hər bir UŞAĞın eşidilməyə, dinlənilməyə ehtiyacı var. Yalnız səsləri eşidildikdə onlar özlərini cəmiyyətin həqiqi üzvü hesab edə və potensiallarını ortaya qoyaraq uğur əldə edə bilərlər.
 
Biz inanırıq ki, heç bir uşağın naləsi eşidilməmiş qalmayacaq❗️

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!