Uşaqların dərs uğurunu necə artıra bilərik ❓
Adlı məqaləmizi sizlərə təqdim edirik❗
Hər qazanılan uğur uşağın şəxsiyyətinə böyük təsir edir. Və buna görə də valideynlər övladının şəxsiyyətinə zərər vurmadan öz potensiallarını düzgün formada istifadə etməkdə onlara yardımçı olmalıdırlar.
*Dərsdə uğur qazanmağa təsir edən amillər⤵️ :*
?Zəka səviyyəsi:
Bəzi hallarda övladlarımızdan yüksək nəticə gözləyirik, bununla yanaşı onları öz istəklərimizlə tək başına qoyuruq. Bu hal uşaqların dərsə olan marağının, əlaqəsinin zəifləməsinə səbəb olur, həmçinin uşaqlar özlərini yetərsiz hiss etməyə başlayırlar.
Onu da qeyd edə bilərik
ki, müvəffəqiyyət təkcə riyaziyyatı yaxşı bilməklə qazanılmır.
?Ailə həyatı və stress:
İşləmək - enerji tələbatı çox olan bir beyin funksiyasıdır. Uşaqların hər zaman mənəvi dəstəyə ehtiyacı vardır. Əgər ki, ailədə münaqişələr yaşanarsa, bu hal uşağın həm motivasiyasını həm də enerjisini aşağı salır. Problemli ailələrdə valideynlər çox zaman övladlarının dərsləri və uğurları ilə maraqlanmır.Ailədə baş verən hər hansı kiçik problem olsa belə uşaq bu hadisədən təsirlənir. Xüsusilə də yaxşı qiymətlər alan uşaqların birdən-birə zəifləməsi ailə problemlərindən xəbərdarlıq edir.
?Dostlar qazanmaq:
Məktəbdə savadlı şagird olmaq, böyüklər tərəfindən dəstəklənmək və təriflənmək çox uşaq üçün olduqca vacibdir. Bununla yanaşı uşağın dostlarının onun savadına verdiyi dəyər və qiymət də çox əhəmiyyət kəsb edir. Tədqiqatlar sübut etmişdir ki, hamı tərəfindən tənbəl sayılan və güclü diqqət əksikliyi olan uşaqlar müalicə oldunduqdan sonra özünü sinif yoldaşları arasında təsdiqləməyə başlamış və "tənbəl" statusu yox olaraq öyrənmək motivasiyası daha da artmışdır.
?Psixoloji xəstəliklər:
Bilirik ki, öyrənmək beynin həyata keçirtdiyi funksiyadır. Diqqət əksikliyi, hiperaktivlik beynin öyrənmə funksiyasını zəiflədir. Dərs oxumayan, həmçinin təmbəlliklə günahlandırılan uşaqlar bu səbəbdən zəiflik göstərirlər.
?️Uşaq öyrəndikcə müvəffəqiyyəti artır. Valideynlər????, gəlin, övladlarımıza dəstək, onların gələcəkdə sağlam şəxsiyyət kimi formalaşmasına kömək olaq❤️....