Previous Next

Virus haqqında uşaqlara məlumat verilməlidir?

Bugünlərdə valideynləri ən çox narahat edən suallardan biri də koronavirusla bağlı məlumatların uşaqlara necə ötürülməsidir. Ümumiyyətlə uşaqlara bu haqda danışmaq lazımdırmı, yoxsa ən yaxşısı onlardan gizlətməkdirmi?

Uşaqlar üçün internet və televizorda gördüklərini dəqiqliyi ilə anlamaq çətindir. Biz istəsək də, istəməsək də demək olar ki, dünyada yaşayan bütün uşaqlar koronavirus sözünü artıq tez-tez eşidirlər. Yəqin ki, son günlərdə whatsapp vasitəsilə yayılmış “Koronavirus tətili”  və ya “Koronavirus bayramı” mesajlarını siz də eşitmisiniz. Bu isə o deməkdir ki, uşaqlardan gizlətmək onlarda ya yanlış məlumatlardan təşvişin yaranmasına səbəb olacaq, ya da vəziyyəti ciddiyə almadan və heç bir tədbir görmədən həyatlarına davam edəcəklər. Hər iki hal isə təhlükəlidir.

Bizə ünvanlanan bəzi müracitələrdə valideynlər deyirlər ki, uşağım tez-tez deyir: Ana bizə nə olacaq, mən öləcəyəm mi? Siz öləcəksiniz? Nə üçün biz evdən çölə çıxmırıq? Evdə oturmaq darıxdırıcıdır və s.

Çalışın hisslərinizi və düşüncələrinizi idarə edəsiniz. Unutmayın uşaqlar valideynlərindəki qorxu və həyəcanı onların emosiyalarından hiss edirlər,  hətta onlara məsələ haqqında heç bir şey deyilməsə də.

Mütləq düzgün və əsaslı məlumatları əldə edin və uşaqlarınızın yaşına uyğun şəkildə informasiyaları onlarla bölüşün.

Xəstəlikdən ölüm riskinin aşağı olduğunu söyləyin, yaxşı müdafiə olunsaq virusa yoluxmayacağınızdan əmin olmalarına imkan verin.

Uşaqların ən çox sizə ehtiyacları var, daima yanlarında olduğunuzu hiss etdirin.

Təəssüf ki, əksər valideynlər evdə uşaqları ilə qalmaqla bağlı çətinliklər yaşadığından tez-tez virus haqqında mənfi danışır, vaxtın tez keçməsini, uşaqların məktəbə, bağçaya tez qayıtmasını arzulayır. Beləliklə Siz özünüzdən asılı olmadan onlara “səndən yaxam qurtarsaydı” mesajını ötürmüş olursunuz ki, bunun övladınızda yaradacağı travma, koronavirus travmasından daha dərin olacaqdır. Hər bir halda övladlarınıza özlərini dəyərli, şanslı hiss etmələri üçün şərait yaradın.

 

Əlavə məlumat almaq üçün linkdəki məqaləni oxumanızı da tövsiyə edirik.

https://www.unicef.org/azerbaijan/az/hekay%C9%99l%C9%99r/u%C5%9Faqlarla-koronavirus-covid-19-x%C9%99st%C9%99liyi-haqq%C4%B1nda-nec%C9%99-dan%C4%B1%C5%9Fmal%C4%B1?fbclid=IwAR3HuoDfRU4KHKhSr2pDF82qYc2fiqTWK5U-aB_eymfWG47kjP1cnlX4DiY

 

 

Azərbaycan Uşaq Qaynar Xətt Xidməti

"Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi 

Abunə ol

Yenilikləri emailinizdə almaq üçün abunə olun.

Bizi Facebook-da izlə!